Karapetyan bu sərvəti necə qazanıb?
III qrupda keçid balları 3-5 bala qədər artacaq
Nazirlər İranı müzakirə etdilər
Naxçıvanda 2 rayona prokuror təyin olundu
Ölüm olan klinikadakı həkim qanunsuz işləyirmiş
İsrail Xameneinin bunkerinin yerləşdiyi ərazini vurur
Masaya oturmaq gec deyil - Yohan Vadephul
İlham Əliyev sabah Türkiyəyə gedəcək
Bəzi rus hərbi əsirləri dəyişdirilmək istəmir - Nazir müavini
İran kütləvi dron hücumuna başlayıb


16.04.2023  11:43 

Badamdarda yaşıllığı məhv edib obyekt tikirlər - Video





A+  A-

Səbail rayonu, Badamdar qəsəbəsi, S.İbrahimxəlilov küçəsində yerləşən 34 saylı Şəhər Poliklinikasının qarşısındakı yaşıllıq zolağında ağacların məhv edilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət Xidmətin əməkdaşları tərəfindən yerində araşdırılıb.

XəzərNews.az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, əraziyə keçirilən baxış zamanı yaşıllıq ərazidə tikinti işlərinin aparıldığı və tikinti altına düşən bir tut ağacının və iki kol bitkisin kəsilərək məhv edildiyi aşkar olunub:

“Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi məqsədilə toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır”.

***

Bakıda gecə saatlarında yol kənarında yaşıllıq hissədə tikinti işərinə başlanıb.
Yeniavaz.com Xezerxeber.az-a istinadla xəbər verir ki, bu barədə görüntülər Səbail rayonu, Badamdar qəsəbəsi, Neftçilər küçəsində çəkilib.

Sakinlər 1 A saylı binanın qarşısında yaşıllığın məhv edildiyini, obyekt tikildiyini iddia edirlər.

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşları həmin ünvana gəliblər. Onlar görülən işlərə müdaxilə ediblər.
Məsələ ilə bağlı Səbail Rayon İcra Hakimiyyətindən bildirilib ki, sözügedən ünvanda keçirilmiş monitorinq zamanı müvafiq icazə sənədi olmadan tikinti işlərinin aparılması faktı aşkar edilib. İşlərin qarşısı alınıb. Sözügedən ünvan nəzarətə götürülüb.

Ətraflı videomaterialı təqdim edirik:



Xəbər 2542 dəfə oxunub.




18.06.2025  15:06 

“Bazarstore” cərimələndi

18.06.2025  12:26 

Bakıda yağış yağacaq

18.06.2025  12:22 

Vəfa Ayseli kasetlə şantaj edir?


BÜTÜN XƏBƏRLƏR +