Televiziya sədri vəzifəsindən azad edildi -FOTO
Dövlət qurumlarına gül-çiçək satan Arzu İsmayılova kimdir?
Qəzada bir nəfər sağ qaldı -FOTO
“Medera Hospital“ cərimələndi
Bu məktəbdə attestatı 20 manata satıblar?
Prezident fərman imzaladı
Rüstəm Talışinski məni hədələyərək... - Şikayət
İşsiz qalan tibb işçilərinə ŞAD XƏBƏR
Bir neçə gün sonra İrana hücum edəcəklər: ABŞ razılıq verdi?
Rusiya Bakını niyə hədələyir?


30.03.2023  18:54 

Bu obyektlər Heydərovdan alındı - SİYAHI





A+  A-

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin fərmanı ilə Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin əsasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradıldı.

Fərmanla həmçinin “Azərsu” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti əmlakları ilə birlikdə Agentliyin tabeliyinə verildi.
Beləliklə, su idarəçiliyi sahəsində vahid qurum yaradıldı. Bundan sonra həm əhalinin su təminatı, həm də meliorasiya və su təsərrüfatı məsələləri ilə yeni yaradılan Agentlik məşğul olacaq.

Digər diqqətçəkən məqam isə Fövqəladə Hallar Nazirliyinin səlahiyyətinin azadılmasıdır. Belə ki, nazirlik bundan sonra su məsələləri ilə məşğul olmayacaq. İndiyə qədər 3 dövlət qurumunun tabeliyində olan su təsərrüfatı bundan sonra müstəqil dövlət qurumu olan Agentlik tərəfindən həyata keçiriləcək.

Qeyd edək ki, öz ömrünü başa vuran Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyi 12 il əvvəl - 25 fevral 2011-ci ildə ilə ölkənin su ehtiyatlarının idarə olunmasının təkmilləşdirilməsi məqsədilə yaradılmışdı. Bu qurum yaradıldıqdan sonra ölkənin bütün su ehtiyatları - Kür çayı üzərində strateji əhəmiyyətli Şəmkir, Yenikənd, Mingəçevir, Varvara kaskad su anbarları, Ceyranbatan su anbarı, Yuxarı Qarabağ, Yuxarı Şirvan, Şəmkir Maşın kanallarının baş suqəbuledici qurğuları Nazirliyin balansına verilmişdi.

FHN-in Su Ehtiyatları Dövlət Agentliyi bu su anbarlarının mühafizəsini təmin edir, onların texniki vəziyyətini nəzarət altında saxlayır, ölkə ərazisində yerüstü, yeraltı su ehtiyatlarının, su obyektlərinin, hidrotexniki qurğuların, su təchizatı sistemlərinin monitorinqlərini aparırdı.

Beləliklə, yeni agentliyin yaradılması ilə strateji sahələrdən daha biri - su ehtiyatlarının idarəçiliyi "fövqəlnazir" Kəmaləddin Heydərovdan alındı./Bakupost


Xəbər 1038 dəfə oxunub.



12.06.2025  19:33 

“Medera Hospital“ cərimələndi

12.06.2025  17:14 

Prezident fərman imzaladı

12.06.2025  15:03 

Rusiya Bakını niyə hədələyir?

12.06.2025  13:36 

Şahin Mustafayev təltif edildi

12.06.2025  12:20 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +