Elarizin qızı məhkəməyə çağırıldı
Gədəbəyin baş memarı evi sökülən qadından belə qaçdı
İran nüvə obyektini nə zaman boşaldıb?
Putinlə Abbas Əraqçi arasında görüş başlayıb
Sərhədlər oktyabradək açılmayacaq - Baş nazir qərar verdi
Bəzi yerlərdə yağış yağacaq
Bəzən qalxırsan, bəzən isə yıxılırsan - Tofiq Musayev
“Azəriqaz” çilingərləri işdən azad edir
İş adamı qəzada həyatını itirdi
ABŞ Bakıdakı tədbirini təxirə saldı


21.11.2022  16:24 

“Uşaqların kiber mühitdə təhlükəsizliyi” adlı layihəsi icra olunur





A+  A-

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Gənclər Mərkəzi İctimai Birliyi “Uşaqların kiber mühitdə təhlükəsizliyi” adlı layihəsi həyata keçirir.

XəzərNews.az xəbər verir ki, layihə çərçivəsində Azərbaycan Kooperasiya Universitetin akt zalında 50 nəfər tələbə gənclərin iştirakı ilə tədbir keçirilib.

Tədbiri Kooperasiya Universitetinin mətbuat və ictimai işlər xidmətinin rəhbəri Tamerlan Əkbərov açaraq Universitetin ictimai əlaqələri, informasiya təhlükəsizliyinin təminatı və bu barədə görülən işlərdən danışıb.

Layihənin rəhbəri Kənan Qubadzadə tələbə gənclərə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Gənclər Mərkəzi İctimai Birliyi haqqında, o cümlədən, “Uşaqların kiber mühitdə təhlükəsizliyi” adlı layihəsi barədə geniş məlumat verib. O, bildirib ki, layihə müasir dünyada sərhədsiz informasiya yayımının uşaqlara, yeniyetmələrə zərərli informasiyalardan və gənc ailələrin sağlamlığına və inkişafına ziyan vura bilən təhdidlərindən qorunmaq məqsədi daşıyır.

Tədbirdə layihənin eksperti Anar Sarıyev çıxış edərək uşaqların, gənclərin kiber mühitdə təhlükəsizliyi, zərərli informasiyalardan qorunmağın yolları barədə geniş məlumat verib.

Tədbirdə layihə çərçivəsində nəşr olunan kitabça iştirakçılara paylanılıb.

Sonda tələbə-gənclərə göstərdiyi xidmətlərə, diqqət və qayğıya görə Kooperasiya Universitetinin mətbuat və ictimai işlər xidmətinin rəhbəri Tamerlan Əkbərov, informasiya və kommunikasiya texnologiyaları bölməsinin rəhbəri Seymur Ramazanov “Gənclərin Dostu” fəxri mükafatı, tədbirin fəal iştirakçılarına isə təşəkkürnamə təqdim edilib.



Xəbər 2345 dəfə oxunub.




23.06.2025  14:29 

Bakıda “EuroVillage 2025”

23.06.2025  13:35 

Bəzi yerlərdə yağış yağacaq

23.06.2025  11:56 

Əraqçı Moskvaya niyə gedib?

22.06.2025  12:39 

ABŞ İranı vurdu


BÜTÜN XƏBƏRLƏR +