Kənd təsərrüfatı məhsulları bahalaşacaq?
Əli Xamenei İranın sonuncu dini lideridir?
Türkiyədə 158 hərbçi həbs olundu
Azərbaycanda daha bir tələbə vəfat edib
Əliyevlə Pezeşkian arasında telefon söhbəti olub
Meloni Trampı qətiyyət göstərməyə çağırıb
Bakıda oğurluq edən Gürcüstan vətəndaşları saxlanıldı
Deputat restoran satışında ittiham olunur
Həbib Nurməhəmmədov iki nazirlə görüşdü - Bakıda
Ordumuzun hərbçisi vəfat edib


17.11.2022  13:17 

Vərəm Dispanserində xəstələr üçün tədbir keçirildi - FOTO





A+  A-

14 və 16 noyabr tarixlərində “Yoluxucu Xəstəliklərlə Mübarizə” İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra etdiyi “Cəmiyyətin həssas qrupu olan vərəm xəstələrinin sosial və psixoloji reabilitasiyasına dəstək” layihəsi çərçivəsində 4 nömrəli Vərəm Əleyhinə Dispanserdə tədbirlər keçirib.

XəzərNews.az xəbər verir ki, tədbirlər ABŞ və Avropa ölkələrinin uğurlu təcrübəsindən örnək götürülərək Azərbaycanda bir ilk olan həssas qrup nümayəndələri üçün danışıq klubu formatında təşkil edilib.



Tədbirlər əvvəllər vərəm xəstəsi olub sağalmış, bu ağır xəstəlik nəticəsində ailə üzvlərini itirmiş Kənan Bayramovun moderatorluğu ilə başlayıb. O, layihənin məqsədinə uyğun olaraq xəstələrlə motivasiya yönümlü çıxış edərək, öz uğurlu müalicə hekayəsini bölüşüb, onlarda müalicənin müsbət nəticələnə biləcəyinə, xəstəlikdən tamamilə qurtula biləcəklərinə inam yaradıb. Tədbirlərin sonunda vərəmdən müalicə alan xəstələrə təmizlik vasitələrindən ibarət sosial paketlər paylanılıb.



Qeyd edək ki, eyni tədbirlər İctimai Birlik tərəfindən oktyabr ayında 9 nömrəli Xüsusiləşmiş Vərəm Xəstəxanasında vərəmdən müalicə alan xəstələr üçün də təşkil edilib. Ümumilikdə, layihə çərçivəsində vərəm xəstələrinin psixoloji və sosial reabilitasiyasına yönəlmiş bu tədbirlərdən 60 nəfər vərəm xəstəsi yararlanıb.


Xəbər 2707 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

26.06.2025  10:11 

Məhərrəm ayı başlayıb

26.06.2025  10:05 

Ordumuzun hərbçisi vəfat edib


BÜTÜN XƏBƏRLƏR +