Bank kartlarından 4959 manat oğurlandı
Həkim‐kardioloq Firdovsi İbrahimova ağır ittiham
Allah mənə çatmadı!
Bakıda qəbir yerlərinin qiyməti: 50 - 100 min...
10 nəfərin öldüyü zavodu əmisi oğlunun adına keçirdi
FETÖ əməliyyatı: 56 əsgər saxlanılıb
Halit Ergenç ilə Rıza Kocaoğlu həbs edildi
Niyə bu binaya 631 milyon manat xərclənməli idi?
Xalq artisti şikayət etdi, keçmiş əri həbs edildi
Kənd təsərrüfatı naziri koronavirusdan sağalıb?


12.11.2021  16:47 

Saxta yollarla alınan pensiyalar geri qaytarılacaq





A+  A-

Əsassız pensiya almış vətəndaşlardan həmin məbləğin qanunvericilik çərçivəsində minimum tutulmalarla geri qaytarılması məsələsi müzakirə edilir.

XezerNews.az xəbər verir ki, bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsinin müakirələri zamanı deyib.

Nazir bildirib ki, əsassız pensiyalarla bağlı ötən illər ərzində hər il 250-270 vəzifəli şəxsə cinayət işi açılıb, o vəzifəli şəxslər işdən də qovulub, cinayət tədbirləri görülüb.

"Çox böyük məbləğdə mənimsəməyə yol verilib. Artıq əsassız pensiya və müavinətlərin qarşısı tam alınır. Ötən illər ərzində mənimsənilmiş vəsaitin geri qaytarılması məsələsi müzakirə olunur. Qanunvericiliyin imkan verdiyi halda vətəndaşlara ödəmələrdən minimal məbləğdə tutulmaların olmasına dair müzakirələr aparırıq” - deyə, nazir bildirib.

S.Babayev əlavə edib ki, əsassız pensiyaların ləğvi nəticəsində 2018-ci ildə 25.6 milyon manat, 2019-cu ildə 133.1 milyon manat, 2020-ci ildə 246.5 milyon manat, 2021-ci ilin 10 ayı üzrə 496.3 milyon manat mənimsənilməsinin qarşısı alınıb. Ümumilikdə, 606 milyon manat vəsaitin mənimsənilməsinin qarşısı alınıb.

Xəbər 2668 dəfə oxunub.




24.05.2025  12:31 

Allah mənə çatmadı!

23.05.2025  18:25 

MDU birinci yeri itirdi

23.05.2025  12:10 

Tramp fikrini niyə dəyişib?


BÜTÜN XƏBƏRLƏR +