Bank kartlarından 4959 manat oğurlandı
Həkim‐kardioloq Firdovsi İbrahimova ağır ittiham
Allah mənə çatmadı!
Bakıda qəbir yerlərinin qiyməti: 50 - 100 min...
10 nəfərin öldüyü zavodu əmisi oğlunun adına keçirdi
FETÖ əməliyyatı: 56 əsgər saxlanılıb
Halit Ergenç ilə Rıza Kocaoğlu həbs edildi
Niyə bu binaya 631 milyon manat xərclənməli idi?
Xalq artisti şikayət etdi, keçmiş əri həbs edildi
Kənd təsərrüfatı naziri koronavirusdan sağalıb?


11.11.2021  16:29 

Bu kolbasalar ürək-damar xəstəliklərinə yol açır





A+  A-

Küçə heyvanları, xüsusilə pişiklər hər zaman ac olduqları üçün nə olsa, yeyir. Ancaq bu heyvanlara hər qidanı vermək onların sağlamlığına mənfi istiqamətdə təsir edə bilər.

Kolbasa və sosiskaların içində çürük ət parçaları, quyruq yağı, qığırdaqlar, tüklər və s. digər maddələr yalnız insanlar üçün deyil, heyvanlar üçün də belə zərərlidir. Çox çeşidli proseslərdən keçən bu qidalar homogen olaraq paketlənərək satılır. Tərkibində zərərli ət məhsulları olan kobasa və sosislərdə yüksək səviyyədə soya və ədviyyat var. Belə qidalar, hətta pişiklərin pəhrizinə belə uyğun olmaya bilər. Bu qidalar mədə pozuntuları ilə yanaşı, bir çox problemlərə yol aça bilər. Kolbasa və sosislərin tərkibində nitrat çox olur. Nitratı uzun müddət qəbul edən zaman isə xərçəng riski artır.

Qida eksperti Elsevər Əliyevin sözlərinə görə, kolbasa, sosislərin təhlükəlilik səviyyəsi onların hazırlanma qaydası ilə əlaqəlidir. Bu məhsullar; daxili yağlar, sinirlər, sinirlərin ətrafında olan ət parçaları, quyruq yağı, ağciyərlər və s. qarışdırılaraq hazırlanır: "Kolbasanın yumşaq olması üçün ağciyərlər çox önəmlidir. Kolbasa və sosiskalara heyvanların müxtəlif artıq yerləri də qatılır. Məsələn; "nuget" adlandıran və toyuq ətindən hazırlanan bu yemək toyuğun müxtəlif yerlərindən - qığırdaqları, dərisi və sinə tərəfində olan ətlərdən hazırlanır. "Nuget"lərin tərkibində dad verməsi üçün ədviyyat xüsusiyyəti daşıyan dənəciklər var".

Əgər bir kiloqram sosiskanı və kolbasanı 1 kiloqram ətdən ucuz ala bilirsinizsə, bu zaman ikinci dəfə düşünməlisiniz. Sosiska, kolbasa və bu tip məhsullara dadını yaxşılaşdırmaq üçün soğan, sarımsaq və müxtəlif ədviyyatlar vurulur. Mikrobların yaranmasının qarşısını almaq üçün də nitrit, nitrat və asılılıq yaradan digər maddələr əlavə edilir.

Quyruq yağı və daxili yağlar bədən istiliyində əriyən yağlar deyil. Bu yağlar insan sağlamlığı üçün təhlükəlidir. Bu məhsullar səbəbilə, bədəndə alınan yağlar, damar tıxanıqlığı və ürək-damar xəstəliklərinə yol açır. Sosiska, kolbasa kimi məhsullar uşaqlarda erkən yeniyetməlik, görmə qabiliyyətinin zəifləməsi, psixoloji pozuntulara, köklüyə, qadınlarda süd vəzisi xərçənginə və ürək-damar xəstəliklərinə səbəb olur./Bizimyol.info/

Xəbər 2365 dəfə oxunub.




24.05.2025  12:31 

Allah mənə çatmadı!

23.05.2025  18:25 

MDU birinci yeri itirdi

23.05.2025  12:10 

Tramp fikrini niyə dəyişib?


BÜTÜN XƏBƏRLƏR +