Bank kartlarından 4959 manat oğurlandı
Həkim‐kardioloq Firdovsi İbrahimova ağır ittiham
Allah mənə çatmadı!
Bakıda qəbir yerlərinin qiyməti: 50 - 100 min...
10 nəfərin öldüyü zavodu əmisi oğlunun adına keçirdi
FETÖ əməliyyatı: 56 əsgər saxlanılıb
Halit Ergenç ilə Rıza Kocaoğlu həbs edildi
Niyə bu binaya 631 milyon manat xərclənməli idi?
Xalq artisti şikayət etdi, keçmiş əri həbs edildi
Kənd təsərrüfatı naziri koronavirusdan sağalıb?


02.05.2018  12:58 

Bu zəngləri AÇMAYIN! - Məhkəməlik olacaqsınız





A+  A-

Reklam xarakterli mesajlarla yanaşı indi də zənglər abonentləri bezdirməyə başlayıb.
3 rəqəmli nömrələrdən gələn bu zənglər abonenti hansısa kampaniyaya qoşulmağa dəvət edir. Hətta bəziləri zəngə cavab verən kimi birbaşa bu prosesi icra edir.
“Bu nömrədən gələn zənglərə görə operatorları məhkəməyə vermək mümkündür”.

XəzərNews.az xəbər verir ki, bu sözləri Metbuat.az-a "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib.

“Bəzi vətəndaşların nömrələri mobil operatorlardan müqavilə əsasında işləyən kontent provayderlərdə olur. Ola bilər ki, həmin nömrələr operatorlar tərəfindən verilib. Yaxud da, vətəndaş hansısa xidmətdən qeydiyyatdan keçən zaman öz telefon nömrəsini ora qoyur. Həmin xidmət yeniliklərlə bağlı müştərini xəbərdarlıq edir. Bu, başqa məsələ. Lakin söhbət vətəndaşın razılığı olmadan gerşəkləşdirilən zənglərdən gedirsə, bu, qanuna ziddir. Vətəndaş bu cür nömrələrdən olan zənglərin qarşısını almaqla bağlı mobil operatora müraciət eməlidir. İstehlakçıların hüquqlarının pozulması ilə bağlı şəxs məhkəməyə də müraciət edə bilər”.

Məsələ ilə bağlı açıqlama verən hüquqşünas Sahib Məmmədov isə əlavə edib ki, bu, birbaşa istehlakçı hüquqlarının pozumasıdır:

“Mobil operator dələduzluğu get-gedə daha çox artmağa başlayıb. Onlar abonentlərin konturlarını istədikləri kimi istifadə edir, müştəriləri əlavə xidmətlərə qoşurlar. Sonra da deyilər ki, abonent könüllü qoşulub. Operatorlar bunun qarşısını almalıdır. Ola bilsin ki, gücləri çatmır, ya da özləri istəmirlər. Bu dolayı yolla dələduzluqdur. Bunları edən mobil operatorlar deyil, MMC-lərdir. Əslində, həmin MMC-ləri yaradan da operatorlardır. Sadəcə şikayət olan zaman problemi öz üzərlərindən götürmək üçün belə bir yol seçirlər. Belə olan halda MMC-ni məhkəməyə verib, qərar qəbul etdirmək olar. Buna qarşı mübarizə aparmaq üçün səlahiyyəti orqanlar işə keçmir. Həmçinin bu məsələdə vətəndaş aktivliyi də zəifdir”.

Xəbər 1683 dəfə oxunub.




24.05.2025  12:31 

Allah mənə çatmadı!

23.05.2025  18:25 

MDU birinci yeri itirdi

23.05.2025  12:10 

Tramp fikrini niyə dəyişib?


BÜTÜN XƏBƏRLƏR +