Ülvi Mirzoyev vəzifəsindən azad edilib
Bakıda 24-27° isti olacaq
Kiyevə raket hücumu: 15 nəfər yaralanıb
Rusiya ukraynalı hərbi əsirləri edam edir
Fuad Məmmədovun rütbəsi artırılıb
Bank kartlarından 4959 manat oğurlandı
Həkim‐kardioloq Firdovsi İbrahimova ağır ittiham
Allah mənə çatmadı!
Bakıda qəbir yerlərinin qiyməti: 50 - 100 min...
10 nəfərin öldüyü zavodu əmisi oğlunun adına keçirdi


30.04.2018  11:34 

“Camaatın içində bizi biabır edirlər“





A+  A-

Müğənni Nura Suri dünən məşhur ifaçı Kristina Aqileranın konsertindən sonra taksi sürücülərinin turistlərlə davranışını tənqid edib.
XəzərNews.az-ın məlumatına görə, sənətçi "Facebook"da yazıb ki, sürücülər qısa məsafəli yollar üçün turistlərdən qat-qat baha qiymət tələb ediblər:

"Dünən "Crystall Hall"dakı konsertdən çıxıb Bayraq Meydanına tərəf gələn azərbaycanlılar orada dayanan taksilərə minə bilməyiblər. Səbəbi sürücülərin buna icazə verməməsi olub. Onlar burada elə-belə durduqlarını deyiblər. Yarısı da 5 manatlıq yolu minimum 20-30 dollara, turistlərə isə 200-300 dollara təklif ediblər.
Turistlər taksi sifariş edə bilmədiyinə görə, sürücülər onlardan istifadə edib. Düşünüblər ki, yorğun olub minəcəklər.

Dövlətimiz, dövlət başçısı bu qədər iş görür ki, turizm inkişaf etsin. Sürücülərə kim belə bir haqq verib ki, camaatın içində bizi biabır edirlər? Bu nə xasiyyətdir? Tutaq ki, sən 400 manat aldın, o turisti də harasa apardın. O da sənin maşının nömrəsini çəkdi, şikayət etdi. Söhbət uzandı, biabırçılıq oldu. Ya da 400-ü aldın, sabah həmin turist Azərbaycana gəlmədi. Sən yenə eyni cür yaşayacaqsan da. Niyə Azərbaycanı biabır edirsən? Bütün dövlətlər bizi qonaqpərvər tanıyır. Sonuncu çörəyimizi qonağın qarşısına qoyuruq. Belə hərəkət etmək olar? Biz nə vaxt gəlib bu səviyyəyə çatdıq? Bu nə biabırçılıqdır?".

Xəbər 2098 dəfə oxunub.




24.05.2025  14:03 

Bakıda 24-27° isti olacaq

24.05.2025  12:31 

Allah mənə çatmadı!

23.05.2025  18:25 

MDU birinci yeri itirdi

23.05.2025  12:10 

Tramp fikrini niyə dəyişib?


BÜTÜN XƏBƏRLƏR +