İran Hörmüz boğazını bağlamağı nəzərdən keçirir
İran F-35-dən atılan İsrail pilotunu ələ keçirib
Mümkün ssenarilərə hazırlamışdıq - Hikmət Hacıyev
Ekstazi həblərini satan şəxslər saxlanıldı
Ramin Məmmədov Binədə saxlanılıb
Natanz nüvə obyektində sızma aşkar edilib
İran Britaniya, Fransa və ABŞ-a xəbərdarlıq etdi
Roma Papası İran və İsrailə çağırış etdi
Üç iranlı nüvə alimi sağ çıxa bilməyib - KİV
Kirmanşah, Xürrəmabad və Marağada... -Partlayış səsləri


25.05.2025  01:55 

Bakıda söküntü zamanı insident: Şirkətin ekskavatoru yandırıldı - Həbs edilən var





A+  A-

"PİLOT-16" MMC-nin ekskavatorunu "molotov kokteyli" ilə yandıran şəxs məhkəmə zalında həbs edilib. Texnika sahibinə 210 min manat ziyan dəyib.

XəzərNews.az Musavat.com-a istinadən xəbər verir ki, Bakı şəhəri, Nəsimi rayonu, Novruzov qardaşları küçəsi, 55 ünvanında yerləşən və Məhbubə Əli qızı Quliyevanın adına olan mənzilin söküntüsü ilə bağlı aylardır məhkəmə çəkişmələri davam edir.

Mənzil sahibi aralarında razılaşma olmadan şirkətin onlara məxsus evi qanunsuz olaraq sökdüyünü iddia edir. Buna görə, tərəflər arasında məhkəmə çəkişməsi var.

Bu məhkəmə çəkişmələri davam edən ərəfədə daha bir insident baş verib. Məhbubə Quliyevanın qardaşı Əsəd şirkətə məxsus ekskavatoru yandırıb.

Bununla da şirkətə 210 min manat maddi ziyan dəyib.

Əsəd ifadəsində bildirib ki, gecə saatlarında şirkətin 10 nəfər işçisi onların evini sökmək istəyən zaman səs-küyə yuxudan oyanıb. Həyətə çıxan zaman işçilər onu görərək, "vurun onu" deyib. Bundan sonra həyətə keçərək, manqalda olan benzini götürüb üzərinə salfet bağlayaraq onlara tərəf atıb. Əsədin sözlərinə görə məqsədi ekskavatoru yandırmaq yox, onları qorxutmaq olub.

Zərərçəkmiş tərəfin iddiasına görə dəymiş zərər 210 min manatdır.

Nəsimi Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 3 il müddətinə azadlıqdan məhrum edilib. Ev dustaqlığında olan Əsəd məhkəmə zalında həbs edilib.

Xəbər 764 dəfə oxunub.




13.06.2025  11:08 

İsrailin İrana hücumu pislənilir


BÜTÜN XƏBƏRLƏR +