Putin yalnız mənimlə danışıq apara bilər - Zelenski
Məktəbdə atışma: Xeyli sayda ölü və yaralı var
16 yaşlı yeniyetmə 8 yaşlı oğlana təcavüz edib
Jurnalist Rahib Qəribi döydülər
Diplomatik təxribat...
Berdıməhəmmədov Azərbaycana səfər edəcək
Topçubaşovun 130 illiyi qeyd ediləcək - Sərəncam
Bakıda 36° isti olacaq
“Həkim 6 min pul aldı, yenidoğulmuş övladım öldü
Zaxarova Medinskinin açıqlamasından danışdı


31.05.2024  15:19 

İş adamı və diaspor rəhbəri vəfat edib





A+  A-

Tatarıstanın Naberejnıye Çelnı şəhərində yaşayan İsfəndiyar Əhmədov mayın 29-da qəfldən vəfat edib. O, mayın 30-da Azərbaycanda dəfn olunub.

Xəzərnews.az xəbər verir ki, İsfəndiyar Əhmədov Azərbaycan icmasının aparıcı şəxslərindən olub və 10 il “Xarı-Bülbül” Azərbaycan Milli-Mədəni Muxtariyyətinə rəhbərlik edib.

Naberejnıye Çelnı şəhərinin aidiyyəti rəsmi qurumları tərəfindən İ.Əhmədovun vəfatı ilə bağlı başsağlığı verilib.

Qeyd edək ki, İsfəndiyar Əhmədovun ölümünü Tatarıstanda yaşayan soydaşlarımız da dərin hüznlə qarşılayıblar.

Xatırladaq ki, İ.Əhmədov biznes fəaliyyəti ilə məşğul olub. Onun şirkəti layihə sənədlərinin aparıcı tərtibatçılarından biri hesab olunurdu. Əhmədovun yeganə təsisçisi olduğu “Kamstroyinvest” Tacikistan Respublikasının Dövlət Administrasiyasının sifarişlərini yerinə yetirib. Sonuncular arasında Razvitie sənaye parkı, şəhərin ictimai yerləri və bələdiyyə müəssisələri üçün sənədlərin hazırlanması daxildir.

İ.Əhmədov həmçinin “Titan” özəl mühafizə şirkəti və “Bakı həyatı” restoranının sahibi olub.



Xəbər 6125 dəfə oxunub.




10.06.2025  16:07 

Diplomatik təxribat...

10.06.2025  13:49 

Bakıda 36° isti olacaq

10.06.2025  10:55 

Ruslar Odessada doğum evini vurdu


BÜTÜN XƏBƏRLƏR +