Əməkdar artist olmaq üçün pul verdi, amma...
Dövlət Komissiyası İşçi qrupunun tərkibi genişlənib
Prezident bu yolla bağlı... - Sərəncam
Rusiya 1212 əsgərin cəsədini Ukraynaya qaytardı
Ermənilər Qarabağı geri alacaq?
ABŞ-da etirazlar bütün ölkəyə yayılır
Azərbaycanlı Rusiyada polis rəisi təyin olundu
Gəncədə xəstəxanada oksigen balonu yanıb
Ukrayna rusların Barıt zavodunu vurdu
Mask Trampla bağlı yazılarına görə peşmandır


29.05.2024  23:49 

ABŞ Səfirliyi təhsil sərgisi keçirəcək





A+  A-

ABŞ-nin Bakıdakı Səfirliyi Beynəlxalq Təhsil üzrə Amerika Şurası ilə birgə Birləşmiş Ştatlarda təhsil almağa marağı olan orta məktəb və universitet tələbələri, eləcə də onların valideynləri üçün EducationUSA Məzun Sərgisini təşkil edəcək.

Xəzərnews.az xəbər verir ki, bu sərgi Amerikada təhsil ilə maraqlananlar üçün böyük imkanlar təqdim edəcək.

EducationUSA Məzun Sərgisində ABŞ səfirliyinin mübadilə proqramları və 35-dən çox ABŞ universiteti təmsil olunacaq. Həmçinin, səfirliyin konsulluq xidmətinin əməkdaşları tələbə vizaları ilə bağlı məlumat verəcəklər. Müvəqqəti işlər vəkili Hüqo Qevara tədbirdə açılış nitqi ilə çıxış edəcək. Sərgi iyunun 1-i saat 11:00-dan 14:00-a kimi Landmark-ın Rotunda Zalında keçiriləcək. Ünvan: Nizami 90A.

ABŞ universitetlərinin azərbaycanlı və amerikalı məzunları öz məzun olduqları universitetləri təmsil edəcək və Amerika Birləşmiş Ştatlarda təhsil almaq üçün təcrübə və məsləhətlərini bölüşəcəklər. İştirakçılar fərdi müzakirələrdə iştirak edə biləcək, müraciət prosesi və təqaüd imkanları ilə bağlı lazımi məlumatlar əldə edəcəklər.

Son illər ABŞ-də təhsil alan azərbaycanlıların sayı xeyli artıb. 2022-2023-cü tədris illərində ABŞ-nin ali təhsil müəssisələrində 901 azərbaycanlı tələbə təhsil alıb. Bu, 2021-ci il ilə müqayisədə təxminən 25%, 2020-ci il ilə müqayisədə isə 62% artım deməkdir.

Bu il Amerika Universitetinin Vaşinqton Hüquq Kolleci ADA Universiteti ilə birgə yeni diplom proqramına başlayıb və SAT universitetlərə qəbul imtahanında iştirak edən azərbaycanlı tələbələrin sayı iki dəfədən çox artıb.

Getdikcə daha çox azərbaycanlı tələbə səfirliyin bir çox ingilis dili və təhsil mübadilə proqramlarında iştirak edir, həmçinin, ABŞ universitetlərinə qəbul və maliyyə yardımı ilə bağlı valideynlərə və tələbələrə məsləhət verən EducationUSA əməkdaşları ilə ödənişsiz, individual formada görüşlərdə iştirak edir.

Xəbər 6462 dəfə oxunub.




11.06.2025  11:16 

MAXE intihar etdi

10.06.2025  16:07 

Diplomatik təxribat...

10.06.2025  13:49 

Bakıda 36° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +