Əməkdar artist olmaq üçün pul verdi, amma...
Dövlət Komissiyası İşçi qrupunun tərkibi genişlənib
Prezident bu yolla bağlı... - Sərəncam
Rusiya 1212 əsgərin cəsədini Ukraynaya qaytardı
Ermənilər Qarabağı geri alacaq?
ABŞ-da etirazlar bütün ölkəyə yayılır
Azərbaycanlı Rusiyada polis rəisi təyin olundu
Gəncədə xəstəxanada oksigen balonu yanıb
Ukrayna rusların Barıt zavodunu vurdu
Mask Trampla bağlı yazılarına görə peşmandır


27.05.2024  15:30 

“Gənc fikirləşir ki, 3-4 ay sonra boşanacağamsa, niyə evlənim?”





A+  A-

“Gənclər arasında evlilik yaşının 30-a, hətta 35-ə çatması ciddi sosial problemdir. Biz yaxın gələcəkdə bunun ağrısını bütün varlığımızla hiss edəcəyik”.

Xəzərnews.az xəbər verir ki, bu sözləri SİA-ya açıqlamasında Jurnalist Araşdırmaları Mərkəzinin sədri, Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə deyib.

Seymur Verdizadə sözlərinə belə davam edib: “Deputat Fazil Mustafa haqlıdır, işsizlik, digər sosial problemlər gənclərin vaxtında ailə qurmasına imkan vermir. Amma başqa səbəblər də var. İndiki gənclərin çoxunun evi yoxdur. Müasir oğlan və qızlar ömürlərini darısqal, rütubətli kirayə mənzillərdə çürütmək istəmirlər. Bu qərarına görə onları qınamaq lazım deyil. Gənclərin ev sahibi olması barədə düşünmək lazımdır.

Müasir qızların əksəriyyəti qayınata-qayınana yanında yaşamaq istəmir. Məncə, bu arzunu da anlayışla qarşılamaq lazımdır. Şəxsi evi, maşını olan oğlanların sayı çox olmadığı üçün gənc qızlarımız uzun illər "ağ atlı oğlan"ın yolunu gözləməli olurlar. Yəni, sosial vəziyyətin ürəkaçan olmaması nikaha girən cütlüklərin statistikasına mənfi təsir edir.

Başqa bir problem isə son illər qurulan ailələrin qısa müddət ərzində dağılması ilə bağlıdır. Hansısa subay oğlan, yaxud qız əsgər dostunun, tələbə yoldaşının toyuna gedir. Aradan 3-5 ay keçməmiş həmin nikah pozulur. Gənc də fikirləşir ki əgər 3-4 ay sonra mən də boşanacağamsa, niyə evlənim? Yeni qurulan ailələrin dağılma statistikasının qorxunc rəqəmlərlə əks olunması gəncləri evlilikdən çəkindirir.

Məncə, bir səbəb də ailələrə kənar müdaxilələrin olmasıdır. Bəzi hallarda gənclərin azad sevgisinin önünə sədd çəkilir. "Çörəyimi özgəsi yeməsin" kimi qıcqırmış təfəkkür subay oğlan və qızları evlilikdən soyudur. Səbəblər çoxdur. Hamılıqla bu səbəbləri aradan qaldırmalı, subaylarımızın vaxtında nikaha girməsi barədə düşünməliyik”.

Xəbər 6265 dəfə oxunub.




11.06.2025  11:16 

MAXE intihar etdi

10.06.2025  16:07 

Diplomatik təxribat...

10.06.2025  13:49 

Bakıda 36° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +