Əməkdar artist olmaq üçün pul verdi, amma...
Dövlət Komissiyası İşçi qrupunun tərkibi genişlənib
Prezident bu yolla bağlı... - Sərəncam
Rusiya 1212 əsgərin cəsədini Ukraynaya qaytardı
Ermənilər Qarabağı geri alacaq?
ABŞ-da etirazlar bütün ölkəyə yayılır
Azərbaycanlı Rusiyada polis rəisi təyin olundu
Gəncədə xəstəxanada oksigen balonu yanıb
Ukrayna rusların Barıt zavodunu vurdu
Mask Trampla bağlı yazılarına görə peşmandır


14.05.2024  19:42 

“Türkiyə 100” adlı marşım çox sevilir - Turan Manafzadə





A+  A-

“Azərbaycan xanımları hər zaman aktiv olub. Çox istəyirəm ki, bundan sonra da xanımlarımız fəal olsunlar”.

Xəzərnews.az Diaspora.TV-yə istinadla xəbər verir ki, bu sözləri İtaliyanın Roma şəhərində keçirilən Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun (DABF) 4-cü Forumunda çıxışı zamanı Türkiyədə yaşayan soydaşımız, Azərbaycan Respublikasının Əməkdar artisti, dirijor, pianoçu Turan Manafzadə deyib.

T.Manafzadə bildirib ki, DABF-ın həm Azərbaycanda, həm də digər ölkələrdə həyata keçirdiyi tədbirləri, layihələri izləyir:

“Mən Türkiyədə yaşasam da vətənimə çox bağlı insanam. Azərbaycan bəstəkarlarının əsərlərini hər zaman repertuarıma daxil edirəm. Türkiyə Cümhuriyyətinin 100-cü ilinə ərmağan etdiyim və qardaşlıq simvolu olan "Türkiyə 100" adlı marş qardaş ölkədə çox sevilir. Türkiyədə dedilər ki, adətən kişilər marş yazır və ilk dəfədir bir xanım musiqinin bu janrına müraciət edib. Bir haşiyəyə çıxaraq deyim ki, bəzi insanlar adımdan dolayı oğlan olduğumu düşünür və hətta “Turan bəy” deyə mürəciət edirlər. Amma sonra qadın olduğumu öyrənirlər”.

Xatırladaq ki, Turan Manafzadə bu günə qədər Avstriya, Almaniya, Rumıniya, Şimali Kipr Türk Respublikası, Azərbaycan, Türkiyə, Özbəkistanda konsertlər verib.

2012-ci ildə Avstriyanın Zalsburq şəhərində hər il təşkil edilən Beynəlxalq Yay Musiqi Akademiyasının seçim mərhələlərini keçərək Dimitri Başkirovla əməkdaşlıq fürsəti qazanıb.

2012-ci ildə Memar Sinan Gözəl Sənətlər Universiteti Dövlət Konservatoriyasında professor Nurferi Onurun fortepiano sinfini bitirən Turan Manafzadə, Həsən Uçarsu ilə birlikdə bəstəkarlıq üzərində çalışıb.

2013-cü ildə Tamara Poddubnaya və Boris Petruşanskinin ustalıq dərslərinə qatılıb.

2015-ci ilin fevral ayında qardaşı Abuzər Manafzadə və atası İslam Manafov ilə birlikdə Avropa Azərbaycan Cəmiyyətinin İstanbulda təşkil etdiyi "Xocalı Soyqırımını Anma Mərasimi"ndə ailəsi ilə birgə anım konserti verib.

2019-cu il oktyabr ayında başladığı "Biznes Master" (MBA) təhsilini "Dijital Dönüşümün Sənət və Sənətçi Fəaliyyətlərinə Etkisi: Covid-19 Üzərinə Bir Araşdırma" mövzusunda 2021-ci ilin fevral ayında uğurla müdafiə edərək məzun olub.

2020-ci il dekabr ayında Dünya Türk İş Konseyinin (DTİK) dəvəti ilə Avropa Parlamentində Mədəniyyət Elçisi olaraq xüsusi bir dostluq konserti gerçəkləşdirib.

Xəyalə Zöhrab
Diaspora.TV


Xəbər 4840 dəfə oxunub.




11.06.2025  11:16 

MAXE intihar etdi

10.06.2025  16:07 

Diplomatik təxribat...

10.06.2025  13:49 

Bakıda 36° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +