Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


14.05.2024  16:28 

Faktiki hava açıqlandı -Arabir yağış yağıb, şimşək çaxıb





A+  A-

Mayın 14-ü saat 15:00-a olan məlumata əsasən ölkə ərazisində yağıntılı hava şəraiti davam edir. Arabir yağış yağıb, şimşək çaxıb, ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli olub.

Bu barədə Xəzərnews.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Şərur, Şahbuz, Daşkəsən, Gədəbəy, Göygöl, Şəmkir, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, Qax, Şamaxı, Qobustan, Göyçay, Kürdəmir, Yardımlı, Lerik, Lənkəran, Astara, Bakıda və Abşeron yarımadasında arabir yağış yağıb. Naxçıvanda saat 13:15-13:20 radələrində diametri 1 mm olan dolu düşüb.

Göygöl, Balakən, Şəki, Qax, Şamaxı, Qrız, Göyçayda duman müşahidə olunub.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 16, Naxçıvan MR-da 15-19, Aran rayonlarında 14-17, dağlıq rayonlarda 7 dərəcəyədək isti olub.

Xəbər 6463 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +