Təzəxən Mirələmli də saxlanılıb
“Helios Airways” “kabus təyyarəsi”nə necə çevrildi?
Hüseyn Amani Nadarlı iş yerində həbs edildi
Sürücüdən “BakuBus” rəhbərliyinə ağır ittihamlar - VİDEO
Azərbaycan-Türkiyə təlimləri kimə qarşıdır? - İddia
Kafedə partlayış olub - Açıqlama
Rəzalət: Firudin Qurbansoyu kim yerində oturda bilər?
Hansı həkim sertifikasiyaya görə rüşvət verib? - SİYAHI
Əhmədzadə ilə Ələkbərovu nə birləşdirir?
Binəqədililər İcra başçısına problemlərini danışdılar


30.05.2025  09:50 

İRANIN İKİ DÜŞMƏNİ VAR: İSLAM VƏ AZƏRBAYCAN





A+  A-

Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlunun müəllifi olduğu “Cənub saatı” analitik verilişi Pozan TV-nin youtub kanalında davam edir.

Verilişdə səsləndirilən fikirləri qısa tezisini təqdim edirik:

- İranın danışıqlar prosesi həmişə ziddiyyətli olub. Bu daxili və xarici siyasətdə olan ziddiyyətləri birləşdirən məqamdır. İranın “danışıq komandası”nın belə addım atması ola bilər SEPAH-ın, Ali rəhbərin həm danışıqlara, həm də ABŞ-la olan proseslərə baxışlarını dəyişməsidir.

ABŞ prezidenti D.Trampın Qasım Süleymaninin “qatili” olması, onun öldürüldüyü gündən bəllidir. Hətta D.Tramp özü də bunu etiraf edib. Danışıqlar prosesinin III raundu keçirildikdən sonra SEPAH-ın baş komandanı Hüseyn Səlami D.Trampın Q.Süleymaninin qatili olduğunu yada saldı. Bu İranın “danışıq komandası”na qarşı terror əmri vermək anlamındadır.

Ali rəhbər S.Ə.Xameneyinin ABŞ-ın regiondan çıxarılmasını gündəliyə gətirməsi də “danışıq komandası”na təzyiq kimi qəbul edilməlidir.

A.Əraqçının diplomatik bacarığı danışıqlar prosesini lazım olan vaxta qədər uzatmaq idi. Bu ABŞ-ın maraqlarına uyğun deyil. ABŞ-ın maraqlarının reallaşmasına isə Hüseyn Səlami kömək etdi. Çünki Əmmana nüvə danışıqlarına gedən A.Əraqçının komandasının artıq Tehrana qayıda bilib-bilməyəcəyi gündəlikdədir.

Nüvə danışıqları getdiyi dövrdə İranın xarici siyasətində ciddi haçalanma var.

Fars körfəzi regionunda yerləşən ərəb dövlətləri üçün İran birlik yaradan mövzudur. Qətər, BƏƏ, Səudiyyə Ərəbistanı arasında narazılıqlar var, İran mövzusunda onların hamısının mövqeyi eynidir. Onların hamısının da İrana qarşı ərazi iddiaları var.

İranın xarici siyasətində vacib dəyişiklik Rusiyaya qarşı aktiv düşmənçilik hərəkətlərinə yenidən rəvac verilməsidir. İran yenidən Rusiya ilə imzalanmış müqavilələri yubatmaqla məşğuldur. İki ölkə arasında imzalanmış müqavilənin ratifikasiya edilməsinin əvəzində İran Şimal-Cənub marşrutunu yenidən öz bildiyi istiqamətə çevirmək istəyir. Bakıda Beynəlxalq Nəqliyyat və Logistika ilə bağlı keçirilən tədbir bunun göstəricisidir. Rəşt-Astara dəmir yolunun tikintisi İran tərəfindən yenidən sabotaj olunur və maraqlıdır ki, Rusiyanın mütəxəssisləri bu işdə İranın tərəfindədir.

Bu fonda İranın Ermənistana dəstəyinin artırılması və bu dəstəyin daha çox anti-Rusiya mahiyyətli görünməsinin səbəbi barədə İranın daxilinə söykənən fikirlər bildirmək olar. Bunu daha çox İranın indiki dövrdə anti-Rusiyaçılıqla anti-Azərbaycançılığını birləşdirməsi istiqamətində atılan addım kimi də qəbul etmək olar.

Rəsmi və dini Tehranın davranışından ölkədə etnik vəziyyətin gərgin olduğu aydın hiss olunur. Təbrizin “Traktor” Futbol Klubunun BMT-də hallanması sadə mövzu deyil. Bu “Traktor” FK-nin timsalında Təbrizə, azərbaycanlılara İranda olan nifrət indi artıq İran rəhbərliyində qorxu yaradıb. Müharibə başlayan kimi İran parçalana, ərəblər İran ərazisində yaşayan ərəblərə sahib çıxa, ABŞ kürdlərə yol göstərə, azərbaycanlılar da öz dövlətlərini yarada bilərlər.

Əlbəttə ki, belə bir vaxtda İranın Ermənistana anti-Azərbaycan istiqamətində reverans etməsi rəsmi Tehranın ciddi ziyanınadır.



Xəbər 2920 dəfə oxunub.





Bölməyə aid digər xəbərlər

05.12.2025  11:32 

Ukrayna Temryuk limanını vurdu

05.12.2025  11:15 

Modi Putini əsl dost adlandırıb


BÜTÜN XƏBƏRLƏR +