Hikmət Hacıyev adından saxta açıqlama yayılıb
Prezident jurnalistləri təltif etdi - Siyahı
Xarici ali məktəblərə “asan üsullarla” qəbul olunma... - Rəsmi
Aparıcı Bakı metrosuna mətbuat katibi təyin edildi
Bakı ilə münasibətlər çətin dövrə qədəm qoyur - Peskov
Ölkəyə PUA ilə narkotik keçirmək istədilər
Rusiya və İranın Xəzərdəki təlimi Bakıya qarşıdır?
Qətl törədən məktəbliyə hökm oxundu
Ukraynada nazirliklər ləğv edildi
“Abu Malik”i DTX ələ keçiribmiş


30.08.2021  15:19 

“Mənim qarşıma sənədlər hazır vəziyyətdə gəlirdi, imzalayırdım” - Sabiq aparat rəhbəri





A+  A-

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) sabiq Aparat rəhbəri Rasim Quliyevin məhkəməsi keçirilib.
XəzərNews.az xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan prosesdə R.Quliyev bildirib ki, heç kimdən pul almayıb: “Mən ittihamda qeyd olunan Tamella xanımı ümumiyyətlə tanımıram. Həmin tikintiyə icazə ilə bağlı mənim qarşıma sənədlər hazır vəziyyətdə, sənədin arxasında lazımı rəylər verilmiş şəkildə gəlib. Mən də imzalamışam, onun mahiyyətini araşdırmağa vaxtım olmayıb.

Sənədlər mənə o vaxtki Memarlıq və Şəhərsalma Baş İdarəsinin baş memarı Akif Abdullayev tərəfindən təqdim olunub. Hansı ki, bu insan qəbuluna gələn vətəndaşlar haqqında deyirdi ki, "qarpızı verdim, yola saldım".

BŞİH-in başçısının sərəncamı ilə mənə müavinin səlahiyyətləri həvalə olundu. Çünki bu ekstremal vəziyyət idi. Müavin Rauf Pənahov rəhmətə getmişdi. Mən də başçının sərəncamını icra etmək məcburiyyətində idim. Həmin müddətdə mən yalnız vəfat edən müavinin elektron poçtuna gələn məktubları aidiyyatı üzrə yönləndirmişəm. Gün ərzində bəzən 5 qovluq sənədə baxmışam. Fiziki olaraq onların hamısını yoxlamaq mümkün deyildi”.

R.Quliyev qeyd edib ki, onun müavin səlahiyyətini icra etmək üçün nə ərizəsi, nə əmək müqaviləsi olub, nə də müavinin vəzifə maaşını alıb: “

Binanın tikintisi 2013-cü ildə başlayıb, məndən əvvəl orada görülən işlər nəticəsində həmin abidəyə ziyan dəyib. Mənim şahidim orada yaşayan xalq artisti Şeyx Əbdül və digər sakinlərdir.

Üstəlik mənim imzaladığım sərəncam 4 ay sonra icra başçısı səlahiyyətlərini icra edən Eldar Əzizov tərəfindən ləğv edildi. Mənim sərəncamıma qədər isə orada 4 mərtəbə artıq tikilmişdi”.

Növbəti proses sentyabrın 6-na təyin olunub.

Xəbər 4200 dəfə oxunub.



21.07.2025  15:01 

Aysunun keçmiş əri gündəm oldu

21.07.2025  14:34 

Ukraynada nazirliklər ləğv edildi

21.07.2025  13:08 

Zelenski 16 yeni səfir təyin edib

20.07.2025  13:15 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +