Diqqət: Çaylardan sel keçəcək
Referendum niyə lazımdır? - Şərh
İsrail ordusu Qəzzanı boşaldır
Məktəb direktorunun diplomu saxtadır? - İDDİA
Yasamalda bu yollar bağlanır - Rəsmi
AZAL “Airbus A320neo” tipli sərnişin təyyarəsi aldı
Pensiyalarda artım olacaq... - Vaxt açıqlandı
Mətbuat Xidmətinin rəhbəri böyük köməkçi oldu
Ukraynalıların əksəriyyəti Zelenskiyə güvənir – Sorğu
“Formula 1“də birinci sərbəst yürüş dayandırılıb


17.09.2025  13:20 

Rusiya Azərbaycan icmasına mesaj göndərir? – Diaspor rəhbərinə şok qərar





A+  A-

Moskva şəhərində fəaliyyət göstərən Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Bəxtiyar Həsənov Rusiya vətəndaşlığından məhrum edilib.

XəzərNews.az xəbər verir ki, məlumatı Rusiya hakim dairələrinə yaxınlığı ilə tanınan “Readovka” teleqram kanalı yayıb.

İddialara görə, bu qərarın arxasında Həsənovun guya “kölgə sxemləri”ndə iştirakı dayanır. Onun qeyri-qanuni miqrasiya proseslərində və saxta məhsulların leqallaşdırılmasında rol aldığı bildirilir.

Lakin Azərbaycan ictimaiyyətində sual açıq qalır: bu qərar həqiqətən korrupsiya və cinayətlə bağlıdır, yoxsa siyasi motivlər də var? Diaspor rəhbərinin illərlə Moskva ictimai həyatında oynadığı rol, Azərbaycan icmasının təşkilatlanmasında gördüyü işlər indi birdən-birə şübhə altına salınır.

Məlumatlara görə, Bəxtiyar Həsənov Rusiya pasportunu 2000-ci illərin əvvəllərində əldə edib. İndi isə vətəndaşlıqdan məhrum edilmə xəbəri həm Rusiya azərbaycanlıları arasında, həm də diaspor həyatında ciddi narahatlıq doğurub.

Rusiyanın bu addım diaspor təşkilatlarına verilən bir mesajdırmı? Yoxsa həqiqətən Həsənovun adının hallandığı ittihamlar əsaslıdır?

Xəbər 1875 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.09.2025  17:32 

Diqqət: Çaylardan sel keçəcək


BÜTÜN XƏBƏRLƏR +