Zaur Mikayılovun qudaları vəzifədə... - FOTO
PA-nın adından 4500 manatlıq dələduzluq
Baş nazirin adından saxta sənəd hazırlayan sahibkar cəzalandırıldı
Bir sıra dövlət xadimləri adından saxta açıqlamalar yayılır
Bakının bu hissələri işıqsız qalıb
İmamoğlunun magistr diplomu da ləğv edildi
Səsyazısı yayılan direktora töhmət verildi
Sulutəpə sakinlərindən ŞİKAYƏT: “Ərazidə bir transformator var idi, onu da sökdülər“
Xaricdə yaşayan blogerə hökm oxunub
Dövlət qurumu MTK rəhbərindən çıxarış üçün pul istəyir?


22.07.2025  16:42 

Dövlətə xəyanətdə təqsirli bilinən şəxsə hökm oxundu





A+  A-

Dövlətə xəyanət etməkdə təqsirləndirilən Elnur İsmiyevin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib. Strateji əhəmiyyətli ərazilərdə işləmiş Elnur İsmiyevin barəsində məhkəmə prosesi qapalı keçirilib.

XəzərNews.az APA-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Elnur İsmiyev ittiham olunduğu maddə üzrə təqsirli bilinib və ona 16 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Qeyd edək ki, E.İsmiyev DTX-nin İstintaq baş idarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. Ona AR Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə yekun ittiham elan olunub.

Xəbər 317 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +