Bakı limanında “mafiya filmi” ssenarisi - 3 milyonu aradan çıxardılar
Zeynəb Xanlarova ilə bağlı iddia: Ermənipərəst müğənnini Bakıya gətirir
İmtahan saxtakarlığı: Pinəçi də istintaqa çağırıldı – Detallar
Əməkdar artist vəfat etdi
Bakıda “Dino Park“ açılır: Qiymətlər dodaq uçuqlatdı
İrandan narkotik keçirtmək istədilər, saxlanıldılar
Elektron siqaretlər ləğv edilir?
FETÖ-yə qarşı əməliyyat: Saxlanılanlar var
Axtarışa verilən Abbas Abbasov bu ölkəni tərk etdi -ÖZƏL
Neftimiz ucuzlaşdı


02.07.2022  10:52 

Qazanan AZAL, itirən millət...





A+  A-

Azərbaycan vətəndaşlarının sərbəst şəkildə xaricə getmək, ölkəyə qayıtmaq imkanlarının məhdudlaşdırılması davam edir. Böyük narazılıq dalğasına baxmayaraq, qonşu ölkələrlə quru sərhədləri açılmır. Bu prosesdə ən çox qazanan AZAL-dır.

Sərnişinlər fantastik qiymətə təyyarə biletləri almağa məhkum edilib. Təkcə Tbilisiyə birtərəfli reysdə yer almağın qiyməti 150 manatdan başlayır. Halbuki azərbaycanlılar qonşu ölkənin paytaxtına 10 dəfə ucuz gedə bilirdilər.

Sədərək sərhəd-buraxılış məntəqəsinin iyunun 30-dan qapadıldığı bildirilir. Sosial platformalarda yayılan şəkillərdə uzun avtomobil növbələrinin yaranması görünür. Məsələ ilə bağlı rəsmi açıqlama yoxdur. Qeyri-rəsmi isə Türkiyə ilə quru sərhədin bağlandığı deyilir.
Bəzi mənbələr hələlik addımların xəbərdarlıq xarakteri daşıdığını qeyd edir. Növbədəki avtomobillər buraxılacaq, amma gedənlərə iyulun 5-dən bu yolla qayıtmağı düşünməməyi məsləhət görürlər.

Sədərək sərhəd-buraxılış məntəqəsi xüsusilə tələbələrin ümid yeri idi. Türkiyədə təhsil alan azərbaycanlı gənclər ucuz başa gəlməsi üçün məşəqqətli yol keçirdi. Onlar əvvəlcə təyyarə ilə Naxçıvana uçur, oradan İğdıra keçir, İğdırdan avtobusla İstanbula qədər uzun yol qət edirdilər. Beləcə, AZAL-ın inhisar tələsindən yan ötməyə çalışırdılar. Bu metodla səfər aviaşirkətin təklif etdiyi imkandan azı 3 dəfə ucuz başa gəlirdi. Məhz tələbələrin seçiminə görə Bakı-Naxşıvan aviareysinə bilet tapmaq müşkül olurdu. Çünki insanlara alternativ yol saxlanılmayıb. Sərnişinlər məhz AZAL-ın xidmətindən istifadə etməyə məcbur olunur.

İlin-günün bu vaxtında Sədərək sərhəd-buraxılış məntəqəsi niyə bağlanmalıdır? Deyə bilərlər ki, Türkiyədə meymun çiçəyinə yoluxma qeydə alınıb. İndi ölkədə belə şeylərin ucuz bəhanə olması heç kimə sirr deyil. Məsələ AZAL-a daha çox qazanc gətirməkdən ibarətdir. Hətta Türkiyəyə istirahətə gedənlər də İğdır yolunu seçməyə hazırdır. Yəni təki əziyyət çəkmək olsun, amma AZAL-ın od tutub yanan qiymətlərinə bilet almaq məsələsi ortaya çıxmasın.

Sosial media istifadəçiləri bir müddətdir xüsusilə Gürcüstanla quru sərhədlərinin açılmasını tələb edirlər. Bu haqda bəlkə minlərlə status yazılıb. Hətta Gürcüstanın Azərbaycandakı səfiri də sərhədlərin açılmasına ümid etdiyini dilə gətirmişdi. Amma AZAL sona qədər camaatıadam yerinə qoymayacağını bir daha göstərdi və yeganə nəfəsliyi də bağlatdırdı./Bizimyol.info

Xəbər 3178 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

17.12.2025  12:49 

Əməkdar artist vəfat etdi

17.12.2025  11:33 

Elektron siqaretlər ləğv edilir?

17.12.2025  10:44 

Neftimiz ucuzlaşdı

17.12.2025  10:42 

Baş nazir qərar imzalayıb


BÜTÜN XƏBƏRLƏR +