Bakıda “Dino Park“ açılır: Qiymətlər dodaq uçuqlatdı
İrandan narkotik keçirtmək istədilər, saxlanıldılar
Elektron siqaretlər ləğv edilir?
FETÖ-yə qarşı əməliyyat: Saxlanılanlar var
Axtarışa verilən Abbas Abbasov bu ölkəni tərk etdi -ÖZƏL
Neftimiz ucuzlaşdı
Baş nazir qərar imzalayıb
Lukaşenkodan Ukraynaya məsləhət, siz...
Ərə verilən 14 yaşlı qız danışdı - Açıqlama
Mahmud Şərifov saxlanılıb - Dələduzluğa görə...


14.12.2021  20:59 

“Ya hər iki tərəfdə gömrük post olmalıdır, ya da...”





A+  A-

“Zəngəzur dəhlizi Naxçıvan MR-ə çıxış olmaqla yanaşı, Ermənistan dəmiryolu əlaqələrinin İranla birləşməsi üçün bir fürsətdir. Ermənistanın Rusiya ərazisi ilə də birbaşa əlaqəsini yaradır. Çünki hazırda Ermənistana belə bir dəmiryolu əlaqələri yoxdur”.

XəzərNews.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Brüsseldə NATO Baş katibi Yens Stoltenberqlə keçirdiyi görüşdən sonra mətbuata açıqlamasında deyib.

İ.Əliyev bildirib ki, bunların hamısı müsbət mühit formalaşdıracaq:

“Hamıya sərf edəcək əlverişli bir vəziyyətdir. Bu fürsətin düzgün qiymətləndirilməsi çox vacibdir ki, biz də sülhpərvər gələcəyimizi təmin edək.

Biz sülh sazişinin imzalanmasına tam hazırıq və bu gün də cənab Paşinyan və cənab Mişellə bu məsələlərə aydınlıq gətirəcəyik”.

İlham Əliyev vurğulayıb ki, bu gün Laçın dəhlizində heç bir gömrük postu yoxdur:

“Zəngəzur dəhlizində də heç bir gömrük post olmamalıdır. Əgər Ermənistan karqolara, insanlara nəzarət etmək istəsə, eynilə biz də Laçın dəhlizində gömrük postunun açılmasını təmin edəcəyik.

Qərar Ermənistan tərəfindən verilməlidir. Hər iki varianta açığıq, ya hər iki tərəfdə gömrük post olmalıdır, ya da heç olmamalıdır”.

Xəbər 3083 dəfə oxunub.




17.12.2025  11:33 

Elektron siqaretlər ləğv edilir?

17.12.2025  10:44 

Neftimiz ucuzlaşdı

17.12.2025  10:42 

Baş nazir qərar imzalayıb


BÜTÜN XƏBƏRLƏR +