Bakı limanında “mafiya filmi” ssenarisi - 3 milyonu aradan çıxardılar
Zeynəb Xanlarova ilə bağlı iddia: Ermənipərəst müğənnini Bakıya gətirir
İmtahan saxtakarlığı: Pinəçi də istintaqa çağırıldı – Detallar
Əməkdar artist vəfat etdi
Bakıda “Dino Park“ açılır: Qiymətlər dodaq uçuqlatdı
İrandan narkotik keçirtmək istədilər, saxlanıldılar
Elektron siqaretlər ləğv edilir?
FETÖ-yə qarşı əməliyyat: Saxlanılanlar var
Axtarışa verilən Abbas Abbasov bu ölkəni tərk etdi -ÖZƏL
Neftimiz ucuzlaşdı


14.12.2018  15:18 

Babək prospektində təmir YEKUNLAŞDI





A+  A-

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən paytaxtın nəqliyyat sistemində mühüm əhəmiyyətə malik və uzunluğu 9 km olan Babək prospektində aparılan yenidənqurma işləri artıq yekunlaşıb.
Bu barədə XəzərNews.az-a AAYDA-nın mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

A.Nəcəfli qeyd edib ki, aparılan işlər çərçivəsində prospektin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələri qazılaraq kənarlaşdırılıb:

“Yol yatağının yararsız qruntu təqribən 20 min kv.m sahədə ortalama 0.8-1 m dərinliklə qazılaraq çıxarılıb. Bunun əvəzinə yararlı material tökülərək yenidən kipləşdirmə işləri aparılır və əsas yenidən bərpa edilib.

Yenidənqurma işləri yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlarla birgə aparılıb. Belə ki, prospekt boyunca 4 km-ə yeni yaxın kanalizasiya kollektoru, 1000 və 800 mm diametrli polad borularla 7 km uzunluğunda əsas magistral, prospektin sağ və sol hissəsi ilə polietilen borularla 11 km uzunluğunda paylayıcı kəmərlər olmaqla, ümumilikdə 30 km-ə yaxın su xətti çəkilib.

Bundan başqa aparılan yenidənqurma zamanı səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün mövcud yağış-kanalizasiya sistemi də bərpa olunub, zəruri olan yerlərdə yeni sistem qurulub. Bu işlərə uyğun olaraq prospektdə 99 nöqtədə kanalizasiya xətlərinin baxış qapaqları da yenilənib”.

AAYDA rəsmisinin sözlərinə görə, layihəyə uyğun olaraq prospekt boyu vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün köhnə piyada səkiləri bərpa olunub:

“15 200 kv.m sahədə yeniləri tikilib, mövcud yol ayrıcı da sökülərək yenidən qurulub. Yol ayrıcının eninin kiçildilməsi prospektin hərəkət hissəsinin genişləndirilməsinə imkan yaradıb. Belə ki, prospektin bir istiqamət üzrə hərəkət hissəsi 16 metrə qədər genişləndirilib. Yeni tikilən yol ayrıcının və piyada səkilərinin kənarlarına 26 350 p-metr uzunluğunda yeni səki daşları düzülüb.

Prospekt boyu 323 609 kv.m sahəyə 3 qat olmaqla yeni asfalt-beton örtüyü döşənib, yeni üfiqi nişanlanma xətləri çəkilib, zəruri yol nişanları və məlumatverici lövhələr quraşdırılıb, yol ayrıcında ikitərəfli yeni işıqlandırma sistemi qurulub.

Qeyd edək ki, Babək prospekti üzərində tikilən qovşaqlar nəqliyyatın hərəkətini xeyli sürətləndirməyə imkan yaradıb. Ancaq qovşaqlar da daxil olmaqla yol uzun illər istismar olunduğundan, yolun hərəkət hissəsində çökmələr, sürüşmə xarakterli deformasiyalar əmələ gəldiyindən əsaslı təmirə ehtiyac var idi. Bu isə öz növbəsində prospekt boyu hərəkətdə müəyyən problemlərə səbəb olurdu”,-deyə A.Nəcəfli qeyd edib.

Xəbər 3373 dəfə oxunub.




17.12.2025  12:49 

Əməkdar artist vəfat etdi

17.12.2025  11:33 

Elektron siqaretlər ləğv edilir?

17.12.2025  10:44 

Neftimiz ucuzlaşdı

17.12.2025  10:42 

Baş nazir qərar imzalayıb


BÜTÜN XƏBƏRLƏR +