Bakıda “Dino Park“ açılır: Qiymətlər dodaq uçuqlatdı
İrandan narkotik keçirtmək istədilər, saxlanıldılar
Elektron siqaretlər ləğv edilir?
FETÖ-yə qarşı əməliyyat: Saxlanılanlar var
Axtarışa verilən Abbas Abbasov bu ölkəni tərk etdi -ÖZƏL
Neftimiz ucuzlaşdı
Baş nazir qərar imzalayıb
Lukaşenkodan Ukraynaya məsləhət, siz...
Ərə verilən 14 yaşlı qız danışdı - Açıqlama
Mahmud Şərifov saxlanılıb - Dələduzluğa görə...


12.09.2017  17:14 

Zorlanaraq hamilə qalan 12 yaşlı qız hələ də abort edilməyib





A+  A-

Balakəndə atalığı tərəfindən 12 yaşlı qızın zorlanması və nəticədə hamilə qalması xəbəri ötən ay ölkədə ciddi rezonansa səbəb olmuşdu.
XəzərNews.az xəbər verir ki, nəticədə Balakən rayon Məhkəməsinin qərarı ilə azyaşlını zorlayıb hamilə qalmasına səbəb olan həmin şəxs Şindiyev Elçin Qədir oğlu barəsində istintaq dövrü üçün 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

“Qafqazinfo” azyaşlının vəziyyəti ilə maraqlanıb. Məlum olub ki, qızın hamiləliyi hələ də pozulmayıb.

Bu barədə saytımıza məlumat verən Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib ki, azyaşlı hazırda həkimlərin tam nəzarəti altındadır: “O, Səhiyyə Nazirliyinin müvafiq xəstəxanalarından birinə yerləşdirilib. Onun hamiləliyinin pozulması barədə qərarı Səhiyyə Nazirliyi verməlidir. Onlar bir dəfə bu barədə yığışıblar, ancaq yekun qərar yəqin ki, bu günlərdə veriləcək. Qərarın gecikməsinə səbəb isə qaydalarla bağlıdır. Bildiyimiz kimi, hamiləlik 22 həftəni keçdikdən sonra onu pozmaq olmur. Bu azyaşlıda da vəziyyət elədir ki, onun hamiləliyi 22 həftəni keçib. Ancaq anası da birmənalı şəkildə hamiləliyin pozulmasını istəyir.

Bu cür travma almış uşaqlar hər gün psixoloq nəzarəti altında olmalıdır. Ancaq təəsssüf ki, xəstəxana rəhbərliyi bizi azyaşlı ilə görüşdürmür. Halbuki qanuna əsasən onunla görüşmək hüququmuz var”.

K. Ağazadə həmçinin qeyd edib ki, Azərbaycanda bu hadisə fors-majordur: “Çünki adətən uşaqlarda zorlanma nəticəsində hamilə qalma faktları 15 və ya 16 yaşları əhatə edib. Ancaq 12 yaşındakı qızın hamilə qalması birinci dəfədir ki, baş verir”.

Xəbər 3208 dəfə oxunub.




17.12.2025  11:33 

Elektron siqaretlər ləğv edilir?

17.12.2025  10:44 

Neftimiz ucuzlaşdı

17.12.2025  10:42 

Baş nazir qərar imzalayıb


BÜTÜN XƏBƏRLƏR +