Zelenski ona Ukraynanın baş naziri vəzifəsini təklif edib
Hərbi Prokurorluğda yeni təyinatlar olub
Çörək sexinin fəaliyyəti dayandırıldı - Bakıda
TRT-də PKK təsiri: Urmiya kürd şəhəridir?
Kramatorskda rus məhbuslar qaçıb
Paşinyan Brüsseldə kimlərlə görüşüb?
Onlar da Kremilin hədəfində...
Məleykə Abbaszadə hansı ixtisasların ləğvinin anonsunu verdi
Məşhur azərbaycanlı blogerə cinayət işi açıldı
Suşi emalı müəssisəsində nöqsan - Foto


24.06.2025  16:02 

Sabir Rüstəmxanlı Xameneiyə müraciət etdi





A+  A-

“Əgər bu rəhbərlik ölkəni xilas edə bilmirsə, əksinə onu qarışıqlığa, müharibəyə və iqtisadi böhrana sürükləyirsə, o zaman bu mövqedə qalmaq nə dini, nə də əxlaqi baxımdan əsaslandırıla bilməz”.

XəzərNews.az xəbər verir ki, bu fikirlər Dünya Azərbaycanlıları Konqresinin sədri, Xalq Şairi Sabir Rüstəmxanlının İran İslam Respublikasının Ali rəhbəri Ayətullah Seyid Əli Xameneiyə müraciətində yer alıb.

Həmin müraciəti təqdim edirik:

İran İslam Respublikasının Ali rəhbəri Ayətullah Seyid Əli Xameneiyə

Cənab Xamenei!

Bu müraciəti sizə Azərbaycan Respublikasının vətəndaşı və bir qələm sahibi olaraq, qonşu İran İslam Respublikasının dinc və əməksevər xalqına böyük sevgi və hörmət bəsləyən, özünü müsəlman olmağı ilə qürurlu sayan və uzun illər müxtəlif vəzifələrdə çalışmış, dünyanı az-çox bilən bir şəxs olaraq, dərin narahatlıq və mənəvi məsuliyyət hissi ilə yazıram.

Tutduğum vəzifə mənə 1990-cı illərin əvvəllərində Sizinlə üç dəfə görüşmək, Sizi dinləmək və özəlliklə sənət, ədəbiyyat haqqında fikirlərinizlə tanış olmaq fürsəti verib. Bu söhbətlərdə Siz mənə humanist təbiətli bir el ağsaqqalı təsiri bağılamışdınız. Hətta “Hünər” adlı bir kitabınızı Azərbaycan türkcəsinə çevirib Bakıda nəşr etmişdik. Sonralar İranda gedən prosesləri, Azərbaycan türklərinə qarşı aparılan İslama və insanlığa sığmayan assimilyasiya siyasətini görüb Sizə bir açıq məktub da yazmışdım. Məktubda bildirmişdim ki, dinin siyasətə alət edilməsi doğru deyil; fars-şiə şovinizmi İranı bütün İslam dünyasına qarşı qoyur və ölkənin gələcəyi üçün böyük təhlükədir.

Kimlərəsə özündənrazılıq kimi görünə bilər, lakin deməliyəm ki, o məktubun beynəlxalq hüquqla və dövlətçilik prinsipləri, dinin cəmiyyətdəki yeri ilə bağlı bəzi məqamları nəzərə alınsa, İranın bu cür hədəfə çevrilməsinin qarşısı alına bilərdi. Bunu düşünməkdənsə, İranda mənə aşağı səviyyəli, təhqiramiz yazılarla cavab verdilər.

Mən bütün xalqların gələcəyini yalnız sülh, ədalət və insani dəyərlər üzərində qurulmuş bir dünyada görən şair və siyasətçiyəm. Siz uzun illərdir İran İslam Respublikasının dini və mənəvi lideri kimi ölkəyə rəhbərlik edir, bu sahədə böyük zəhmət çəkirsiniz. Şübhəsiz, Sizə də məlumdur ki, bu gün İran xalqları öz tarixlərinin ən ağır və ağrılı dönəmlərdən birini yaşayırlar.

İsrail ilə davam edən açıq hərbi münaqişə təkcə İran üçün deyil, bütün bölgə və dünya üçün də ciddi təhlükələr doğurmuşdur. Minlərlə günahsız insan həyatını itirib, ölkə iqtisadiyyatı çökmək üzrədir, milyonlarla insan yaşayış imkanlarından məhrum olub, gənclər ölkəni tərk edir, xalq isə qorxu, aclıq və ümidsizlik içində yaşamaqdadır.

Mövcud vəziyyətin davam etməsi İranın:

- beynəlxalq aləmdən tam təcrid olunmasına,
- Qərbin Səlib müharibəsi yolunu davam etdirən böyük gücləri ilə qarşıdurma riskinin artmasına və xalqın həyat səviyyəsinin kəskin şəkildə aşağı düşməsinə gətirib çıxarır.

Hörmətli cənab Xamenei!

Bir mənəvi liderin vəzifəsi təkcə ideoloji və dini şüarlarla deyil, həm də xalqının rifahı, təhlükəsizliyi və mənəvi rahatlığı ilə ölçülür. Əgər bu rəhbərlik ölkəni xilas edə bilmirsə, əksinə onu qarışıqlığa, müharibəyə və iqtisadi böhrana sürükləyirsə, o zaman bu mövqedə qalmaq nə dini, nə də əxlaqi baxımdan əsaslandırıla bilməz.

Bu səbəbdən tarixi və mənəvi məsuliyyət tələb edən bir qərar vermək Sizin vicdan və vətəndaş borcunuzdur.

Mövcud vəzifənizdən könüllü olaraq istefa verib, idarəçiliyi xalqın iradəsini ifadə edən, beynəlxalq ictimaiyyət tərəfindən qəbul oluna biləcək, ədalətli və şəffaf bir rəhbərliyə həvalə edin.

Bu addım müharibənin dayandırılması üçün diplomatik yolları aça bilər, İran xalqını beynəlxalq təcriddən azad edə və ölkəni sülh və rifaha aparan yola çıxara bilər.

Bu, nə zəiflik, nə də təslim olmaqdır. Əksinə, bu cəsarətli və mənəviyyata əsaslanan liderliyin müdriklik nümunəsidir. Tarix bu qərarı, xalq isə bu mərhəməti əsla unutmaz. Tanrı İran xalqlarına yar olsun!

Hörmətlə,
Sabir Rüstəmxanlı, Azərbaycan Respublikasının xalq şairi, Dünya Azərbaycanlıları Konqresinin həmsədri
23 iyun 2025


Xəbər 664 dəfə oxunub.




14.07.2025  14:57 

Kramatorskda rus məhbuslar qaçıb

14.07.2025  14:26 

Onlar da Kremilin hədəfində...

14.07.2025  13:00 

Deputatlar tətilə çıxdı

14.07.2025  12:57 

Sabah gündüz 34-38° isti olacaq

14.07.2025  11:21 

DTX kibercinayətkarları ifşa etdi

13.07.2025  14:53 

Aeroport şosesində qəza oldu


BÜTÜN XƏBƏRLƏR +