Biləcəridəki qəza: Ölənlər var
Əliyevlə şəkil çəkdirmək üçün növbəyə dururlar...
Astarada 15 nəfər zəhərləndi
Kafedə mənşəyi məlum olmayan qida aşkarlanıb
Piyadanı vuran sürücünü döydülər
Azərbaycanın neft zavodu Rusiyaya görə sanksiyaya məruz qaldı
AYNA-nın yığdığı pullar hara gedir, hara xərclənir? - Deputatdan açıqlama
Avtobuslara 15 faiz idxal gömrük rüsumu müəyyənləşib
Prezident bu yolların tikintisi ilə bağlı pul ayırdı
Rusiya Azərbaycanın ŞƏT-ə üzvlüyünü bloklayıb


10.05.2018  16:11 

Fazil Məmmədovun qudası güləş federasiyasına qaytarıldı





A+  A-

Bu gün gənclər və idman nazirliyində Azərbaycan Güləş Federasiyasının seçki konfransı keçirilib.
XəzərNews.az xəbər verir ki, əvvəlcə Gənclər və İdman naziri Azad Rəhimov federasiyadakı problemlərə rəğmən idmançıların Avropa çempionatında uğurlu çıxışına qiymət verib: “Federasiyada yaşanan problemlərə baxmayaraq, idmançılarımızın uğurlu qələbələri işlərin düzgün şəkildə qurulduğunun əyani göstəricisi oldu. Növbəti sınaq, Argentinada keçiriləcək gənclərin Olimpiya oyunları olacaq ki, bu istiqamətdə də uğurlu nəticələrin olacağına ümid edirik”.

Daha sonra nazir Azad Rəhimov Namiq Əliyevin yenidən güləş federasiyasına dəvət olunduğunu və 1-ci vitse prezident vəzifəsində çalışacağını diqqətə çatdırdı. Bununla yanaşı nazir, Firdovsi Umudovun milli komandanın baş məşqçisi və federasiyanın vitse prezidenti postunda çalışacağını əlavə etdi.

Xatırladaq ki, birinci vitse-prezident təyin edilən şəxs sabiq vergilər naziri Fazil Məmmədovun qudasıdır. Belə ki, Fazil Məmmədovun qızı Namiq Əliyevin gəlinidir. Onlar qohum olana qədər də birlikdə işləyiblər. Namiq Əliyev Məmmədovun müavini vəzifəsini həm Vergilər Nazirliyində, həm də AGF-də tuturdu.

Onlar quda olduqdan sonra Namiq Əliyev Azərbaycan Güləş Federasiyasından istefa vermişdi. Fazil Məmmədov nazir postundan ayrıldıqdan sonra ƏIiyev də nazirlikdəki vəzifəsini itirdi. Maraqlıdır ki, Namiq Əliyev yenidən Fazil Məmmədovun hələ də prezidenti olduğu AGF-nin birinci vitse-prezidenti vəzifəsinə qaytarılıb.

Xəbər 2971 dəfə oxunub.




05.09.2025  19:02 

Astarada 15 nəfər zəhərləndi

05.09.2025  09:45 

Kamçatkada zəlzələ baş verib

04.09.2025  16:24 

Səfirimiz geri çağrıldı


BÜTÜN XƏBƏRLƏR +