Azərbaycanlı Almaniyada saxlanıldı
İmkanı olmayanlar təyyarə biletlərini necə ödəsin?
“BakuBus”un avtobusları yolda ötüşürmüş?
Belarus diplomatı Moldovadan çıxarılıb
Hindistanlı milyarderə qarşı sanksiya tələb olundu
“Yeni Klinika“da da yoxlamalar başladı
Aygün Kazımova tanınmış müğənnini pərt etdi
Yol Polisi sürücülərə müraciət etdi
NATO Rusiyaya qarşı... - Siyasi vəziyyəti dəyişir
Dönərin içindən şüşə qırıntısı çıxdı - “Bir-İki dönər“də


01.08.2025  10:18 

Rəsmi Bakı etiraz etdi, TASS həmin xəbərin başlığını dəyişdirdi





A+  A-

Iyulun 29-u Azərbaycanın Xankəndi şəhərində erməniəsilli rusiyalı rəssam İvan Ayvazovskinin abidəsi sökülüb.

XəzərNews.az-ın məlumatına görə, ötən gün Rusiyanın TASS agentliyi sözügedən informasiya ilə bağlı “Stepanakertdə Ayvazovskinin abidəsi söküldü” başlıqlı məlumat yayıb.

Azərbaycan Xarici İşlər Nazirliyi isə dərhal məsələ ilə bağlı sərt bəyanat yayıb: “Rusiya tərəfinə bildirmək istərdik ki, onun rəsmi orqanları tərəfindən Azərbaycan toponimlərinin təhrif olunması və ərazilərimizin keçmiş separatçı qondarma rejim tərəfindən istifadə olunan adlarla qeyd olunması hallarına son qoyulmasını gözləyirik. Bu kimi hallar təkrarlanarsa, qarşılıqlılıq prinsipindən irəli gələrək Azərbaycan tərəfindən də Rusiya ərazisində bir çox yaşayış yerlərinin öz əzəli adları ilə qeyd edilməsi ilə nəticələnə bilər.

TASS informasiya agentliyindən bu məsələdə üzrxahlıq və müvafiq düzəliş edilməsini gözləyirik. Əks təqdirdə, qanunvericiliyə uyğun olaraq, TASS-ın Azərbaycanda fəaliyyətinə qarşı müvafiq tədbirlər görülməsi nəzərdə tutulur”.

Bundan sonra sözügedən agentlik Xankəndi ilə bağlı dərc etdiyi həmin xəbərdə dəyişiklik edib. Belə ki, sərlövhə “Dağlıq Qarabağda Ayvazovskinin abidəsi söküldü” kimi dəyişdirilib.

Xəbər 253 dəfə oxunub.




10.09.2025  10:33 

Bu, müharibə aktıdır - Co Vilson

09.09.2025  20:27 

Leysan yağacaq, şimşək çaxacaq


BÜTÜN XƏBƏRLƏR +