Moskvada azərbaycanlı “qanuni oğrular“ saxlanıldı
Türkmanlar bu qərara etiraz edir - Ekspert
Prezidentlər Xıdırlı kəndinin açılışında iştirak ediblər
Ursula fon der Leyenə etimadsızlıq səsverməsi keçiriləcək
Kanallar artıq pul qazana bilməyəcək
Stavropolda sakitlikdir, təxribat yoxdur...- Diaspora sədri
Rusiya ilə Azərbaycan arasında münaqişənin gərginləşməsi...
Sevgilisi ilə batan 20 yaşlı qızın meyiti tapılıb
Müəllim öz şagirdi olan qızı qaçırıb
FHN güclü küləklə əlaqədar əhaliyə müraciət etdi


02.02.2021  15:11 

2837 şəhid ailəsinə sosial müavinət təyin olunub





A+  A-

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin postmüharibə dövrü üzrə sosial dəstək tədbirlərindən biri də Vətən müharibəsi şəhidlərinin ailələrinə sosial ödənişlərin təyin olunmasıdır.
XəzərNews.az xəbər verir ki, nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən bu günədək artıq 2837 şəhidin 7000-dən çox ailə üzvünə Prezidentin aylıq təqaüdü, pensiya və müavinət təyin edilib.

Müharibədən sonra şəhid ailələrinin üzvlərinin sosial təminat hüquqlarının reallaşdırılması işlərinin operativ təşkili üçün DSMF-də xüsusi işçi qrup yaradılıb, əməkdaşlar səfərbər edilib. Şəhid ailələri üzvlərinin müraciəti olmadan və zəruri sənədlər Fond tərəfindən aidiyyəti qurumlardan alınaraq toplanılmaqla ödənişlərin elektron qaydada, proaktiv şəkildə təyinatı həyata keçirilib.

Proses artıq başa çatmaqdadır.

Xəbər 3712 dəfə oxunub.




03.07.2025  15:38 

Sadır Japarov Azərbaycana gəlib

03.07.2025  11:58 

Zaxarovadan SSRİ mesajı


BÜTÜN XƏBƏRLƏR +