Biləcəridəki qəza: Ölənlər var
Əliyevlə şəkil çəkdirmək üçün növbəyə dururlar...
Astarada 15 nəfər zəhərləndi
Kafedə mənşəyi məlum olmayan qida aşkarlanıb
Piyadanı vuran sürücünü döydülər
Azərbaycanın neft zavodu Rusiyaya görə sanksiyaya məruz qaldı
AYNA-nın yığdığı pullar hara gedir, hara xərclənir? - Deputatdan açıqlama
Avtobuslara 15 faiz idxal gömrük rüsumu müəyyənləşib
Prezident bu yolların tikintisi ilə bağlı pul ayırdı
Rusiya Azərbaycanın ŞƏT-ə üzvlüyünü bloklayıb


09.07.2025  18:10 

Onlar 100 milyard investisiya yatıracaqdılar - Hacı İbrahim





A+  A-

Azərbaycanda süni torpaqlarda kazinoların inşasına və fəaliyyətinə rəsmən icazə verildiyi deyilir. Mövzu gündəmə gələn kimi yada iş adamı Hacı İbrahim Nehrəmli düşdü. Bildirilir ki, onun bir vaxtlar dənizdə inşa etdiyi “Xəzər Adaları” layihəsi də kazino üçün uyğundur. Hətta artıq belə iddialar dolaşır ki, Hacı İbrahim sözügedən ərazidə kazinolar açacaq.

Onunla müsahibəni təqdim edirik:

– İbrahim bəy, deyilənə görə, süni torpaqlarda kazinoların inşasına və fəaliyyətinə rəsmi icazə verilib. Sizin həmin ərazidə torpağınız olub. Bu barədə məlumat almaq istərdik.

– Mən kazino təklifini 20 il öncə etmişdim. Lakin həmin vaxt məni anlayan olmadı. O illərdə “Azərsun Holdinq”in Müşahidə Şurasının sədri, mərhum Abdolbari Gözəl mənə yarı zarafat, yarı gerçək dedi ki, sən bizdən 20 il öndə gedirsən, bizim səni başa düşməyimiz üçün 20 il keçməlidir. Elə də oldu… İndi süni adalar yaradırlar, kazinolar inşa edirlər. Gec də olsa, yaxşı qərardır.

– “Xəzər Adaları” yenə sizindir?

– Xeyr, illər öncə o ərazini dövlətə təhvil verdim.

– Hüquqi baxımdan da sizin deyil?

– Xeyr, rəsmi qaydada dövlətə verilib.

– Əgər o torpaqlar hazırda sizdə olsaydı, necə bir infrastruktur qurardınız?

– Mənə kazinoya icazə yox, sadəcə söz verilsəydi, şəhəri çoxdan tikib bitirmişdim.

– Kazinodan gələn vəsaitlə?

– Xeyr, sadəcə icazə lazım idi. Çünki çinli investorlarla danışmışdım, onlar 100 milyard investisiya yatıracaqdılar. Söz verən olmadığı üçün məsələ elə də qaldı. Bir sözlə, dərdimi heç kimə deyə bilmədim.

– İşi tamamlaya bilmədiyiniz üçün peşmansınız?

– Bilirsiniz, xaricdən gələnlər kazino və digər əyləncə istəyir. Bununla insanlar ölkəyə cəlb olunacaq. Turizm inkişaf edəcək. Mən olmasam da, Emin Ağalarov bacardısa ona afərin!

– Sizcə, o ərazilərdə başqa nəsə inşa edəcəklərmi?

– Yəqin ki, yeni nələrsə tikilər. Çünki ora milyardlarla investisiya qoyulub. Fikrimcə, batmağa imkan verməzlər. Dövlət özü də işlər görəcək. Oranın tikilməsi, yeni yerlərin inşası ən azından Bakıda tıxacın aradan qalxmasına səbəb olacaq. Ona görə ki, turistlər də ora gələcək, axın başlayacaq və şəhərə yük düşməyəcək. Azərbaycana ildə 10 milyon turistin gəlməsi nəzərdə tutulurdu, amma reallaşmırdı. Sağ olsun Emin Ağalarov buna şərait yaratdı. “Sea Breeze”də işləri yekunlaşdırdıqdan sonra Xəzər adalarını da tikərik.

– İbrahim bəy, heç “Sea Breeze”də olmusunuz?

– Əlbəttə! Hazırda da buradayam. Çox gözəl işlər görülüb.

– Orada eviniz var?

– Xeyr, burada evim yoxdur (gülür). Lakin gəlib-gedirəm.

– “Xəzər Adaları” yenidən fəaliyyətə başlasa, orada hansısa infrastruktur qurulan zaman sizi məsləhət üçün dəvət etsələr, qəbul edərsiniz?

– Oralarda tikinti işlərinin aparılması üçün əlimdən gələni edərəm. Niyə də yox?!

– Kazino perspektivini necə görürsünüz?

– Hər zaman demişəm ki, Azərbaycanda mütləq kazino olmalıdır. Belə olmasa, xarici vətəndaşları bura cəlb etmək çətindir. Baxın, Gürcüstanın əhalisi bizdən azdır, amma ora ildə 10–11 milyon turist gəlir. Səbəb də kazinonun olmasıdır. İnsanlar əyləncə yeri axtarırlar və bu, olduqca vacibdir. Emin Ağalarov çox doğru düşünüb. Mən də onu dəstəkləyirəm! Turizm sahəsinin inkişaf etməsi üçün kazino olmalıdır.

– Emin Ağalarovla şəxsi tanışlığınız varmı?

– Xeyr, heç canlı da görməmişəm. Yəqin o da məni qiyabi tanımış olar. Globalinfo.az

Xəbər 1681 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

05.09.2025  19:02 

Astarada 15 nəfər zəhərləndi

05.09.2025  09:45 

Kamçatkada zəlzələ baş verib

04.09.2025  16:24 

Səfirimiz geri çağrıldı


BÜTÜN XƏBƏRLƏR +