Ukrayna Türkiyədə casus şəbəkəsi yaradıb
İlham Əliyevlə Məsud Pezeşkianın görüşü olub
Soçidə azərbaycanlı qadın saxlanıldı
İlham Əliyev Ərdoğanla görüşdü
“Moskva bölgədə nüfuzunu itirir” - Türk ekspert
Binəqədidə çirkab suları küçəyə axır - Foto
Ticarət Sazişi nəzərdən keçirilməlidir - Pezeşkian
Xankəndi sülh mərkəzi olacaq - Ərdoğan
Diqqət: Şəxsiyyət vəsiqələri dəyişir
Əliyev Pezeşkianı belə qarşıladı


27.10.2023  17:45 

Hikmət Hacıyev Qazaxıstanın “Dostık” Ordeni ilə təltif olunub





A+  A-

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Respublikası Prezidentinin Xarici Siyasət Məsələləri üzrə köməkçisi Hikmət Hacıyevi II-ci dərəcəli “Dostık” (Dostluq) Ordeni ilə təltif edib.

Xəzərnews.az xəbər verir ki, mükafatı H.Hacıyevə Prezident K.Tokayevin adından və tapşırığına əsasən Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel təqdim edib.

Diplomat bildirib ki, H.Hacıyev Qazaxıstan Respublikası ilə Azərbaycan Respublikası arasında mehriban qonşuluq əlaqələrin inkişafına, iki ölkə arasında strateji və müttəfiqlik münasibətlərin möhkəmlənməsinə verdiyi töhfələrə görə Ordenlə mükafatlandırılıb.

Öz növbəsində, H.Hacıyev onun fəaliyyətinə verilən yüksək qiymətə görə Qazaxıstan rəhbərliyinə təşəkkürünü bildirib və hərtəfəli strateji əməkdaşlığın inkişafına əlindən gələn töhfələri verməyə davam edəcəyini vurğulayıb.

Görüş zamanı tərəflər bir daha ikitərəfli qarşılıqlı əməkdaşlıq və regional gündəliyin aktual məsələləri ilə bağlı “saatlarını yoxladılar”. Noyabrda Astanada baş tutacaq Türk Dövlətləri Təşkilatının və Bakıda keçiriləcək SPECA-nın Zirvə Görüşlərinin önəmi qeyd olunub.

Qazaxıstan Respublikasının “Dostık” Ordeni ilə cəmiyyətdə barışın qorunmasında səmərəli fəaliyyət göstərən, xalqlar arasında sülhün, dostluğun və əməkdaşlığın möhkəmləndirilməsində töhfə verən vətəndaşlar təltif olunur. Belə ki, I-ci dərəcəli “Dostık” Ordeni keçən il Qazaxıstan Prezidenti K.Tokayev tərəfindən Türkiyə Prezidenti R.T.Ərdoğana verilib.

2022-ci ildə Azərbaycan Prezidenti İ.Əliyev Qazaxıstan Respublikasının ali mükafatı – “Altın Kıran” (Qızıl Qartal) Ordeni ilə təltif olunub.

Xəbər 3202 dəfə oxunub.



04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib

04.07.2025  11:17 

Əliyev Trampı təbrik etdi


BÜTÜN XƏBƏRLƏR +