Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video
Rusiya 5-7 ildən sonra Estoniyaya hücum edə bilər
Ukrayna daha bir rus təyyarəsini vurdu
Fındıq mafiyası bağları ucuz qiymətlə məhv edir
Arxiv İdarəsinin rəisi istirahətdə olarkən vəfat edib
Gərginliyin səbəbi: Dəhlizə Rusiya yox, ABŞ nəzarət edəcək...
Cəlilabadda baş həkimin yerinə təyinat oldu
Tramp evdə xanımına necə müraciət edir?


18.12.2017  19:46 

Məmmədyarov Doroxinlə görüşdü





A+  A-

Xarici işlər naziri Elmar Məmmədyarov Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
XİN-dən XəzərNews.az-a verilən məlumata görə, görüşdə Azərbaycan və Rusiya arasında münasibətlərin hazırkı səviyyəsindən, yüksək səviyyəli səfərlər mübadiləsindən məmnunluq ifadə olunub.

V.Doroxin fəaliyyət müddəti ərzində Azərbaycan və Rusiya arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsi istiqamətində səylə çalışdığını bildirib və ölkələr arasında münasibətlərin səmimi xarakterinin bundan sonra da davam etdiriləcəyinə, əldə olunmuş təcrübənin hər iki dövlət və xalqların maraqları naminə istifadə ediləcəyinə ümidvar olduğunu vurğulayıb. O, Azərbaycanın sabitliyi və tərəqqisi istiqamətində Azərbaycan hökumətinə uğurlar arzulayıb.

Nazir Elmar Məmmədyarov fəaliyyəti müddətində səfir Vladimir Doroxinin dövlətlər arasında münasibətlərin inkişafına töhfə verdiyini bildirərək, ona təşəkkür edib və gələcək fəaliyyətində uğurlar arzulayıb.

Xəbər 2884 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +