Diqqət: Çaylardan sel keçəcək
Referendum niyə lazımdır? - Şərh
İsrail ordusu Qəzzanı boşaldır
Məktəb direktorunun diplomu saxtadır? - İDDİA
Yasamalda bu yollar bağlanır - Rəsmi
AZAL “Airbus A320neo” tipli sərnişin təyyarəsi aldı
Pensiyalarda artım olacaq... - Vaxt açıqlandı
Mətbuat Xidmətinin rəhbəri böyük köməkçi oldu
Ukraynalıların əksəriyyəti Zelenskiyə güvənir – Sorğu
“Formula 1“də birinci sərbəst yürüş dayandırılıb


11.09.2021  17:42 

Kolleclərə qəbul olan abituriyentlərin qeydiyyatı başlayıb





A+  A-

Sentyabrın 10-da 9 illik bazadan kolleclərə qəbul olunan abituriyentlərin onlayn qeydiyyatına start verilib.
Təhsil Nazirliyindən XəzərNews.az-a verilən məlumata görə, müraciət üçün portal.edu.az platformasında qeydiyyatdan keçmək, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasından “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçmək lazımdır. Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi və qəbul məlumatlarının daxil edilməsi, ödənişli əsaslarla qəbul olan abituriyentlərin təhsil haqqı güzəşti üçün məlumatlarının təqdim edilməsi və təhsil haqqının ödənilməsi mümkün olur. Qeydiyyat prosesi ilə bağlı daha ətraflı məlumat aşağıdakı təlimatda təqdim edilir.

Portalda ödəniş addımı yalnız müəssisə təqdim edilmiş sənədləri yoxlayıb “ödəniş edilməlidir” statusu təyin etdikdən sonra görünür. Daha tez ödəniş etmək istəyən abituriyentlər gpp.az, xidmətindən istifadə etdiyi bankdakı şəxsi kabinetindən və ya banka yaxınlaşaraq ödəniş edə bilərlər.

Qeyd edək ki, qeydiyyat prosesi 22 sentyabr saat 23:59-da yekunlaşacaq və bundan sonra müraciətin göndərilməsi mümkün olmayacaq. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməyən abituriyentlərin qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.

Xəbər 3913 dəfə oxunub.




19.09.2025  17:32 

Diqqət: Çaylardan sel keçəcək


BÜTÜN XƏBƏRLƏR +