Neft oliqarxı Adnan Əhmədzadənin həbs xəbəri yayılıb
Ukrayna ordusu Xarkov vilayətini müdafiə edir -Zelenski
Ukrayna hərbi bədheybətə çevrilir: bu gün elan etdiyi silah... - Foto
İstanbulda bərə ilə yük gəmisi toqquşub: XƏSARƏT ALANLAR VAR
PUA zərbəsi: 43 nəfər öldü
Özbəkistandan Ukraynaya NOTA
Marneulidə azərbaycanlı yeniyetmə DÖYÜLDÜ -VİDEO
Ukraynada əhalinin sayı aşağı düşüb
Səs yazısı yayılan məktəb direktoru işdən çıxarılıb
Ermənistan sürətlə inkişaf edir - AİB açıqladı


14.07.2018  14:19 

“O adam kafirdir” - Allahşükür Paşazadə





A+  A-

“Terrorun İslam dinində heç bir yeri yoxdur. İsada da, Musada da, Məhəmməd peyğəmbər səllalahu aleyhi və səlləmin gətirdiyi Quranda da bir insanı qətl etmək, müqəddəsliyə əl uzatmaq Allaha qarşı üsyandır. O adam kafirdir”.
XəzərNews.az teleqraf.com-a istinadən xəbər verir ki, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam hacı Allahşükür Paşazadə Gəncə hadisələri barədə danışarkən deyib.

QMİ sədri qeyd edib ki, cəmiyyətdə dini ayrı-seçkilik müzakirə mövzusu ola bilməz:

"Dünyada baş verən hadisələrə, eləcə də yaxın qonşular və başqa ölkələrə baxanda görürük ki, bəzi qüvvələr İslamdan öz məqsədləri üçün istifadə edirlər. Əslində İslam sülh, qardaşlıq, dəyanət, dostluq dinidir. Dini məsələlərin yetərli olmadığını söyləmək yanlış haldır. Xüsusən Gəncədə Sovet dövründə təkcə "İmamzadə" və "Şah Abbas" məscidi vardı, bu gün isə onlarla məscid fəaliyyət göstərir. O məscidlər açıqdır, ibadətə yararlıdır. İnsanlar gedib ibadət edirlər, heç bir təzyiqə məruz qalmırlar. Şəxsən özüm oradan heç bir şikayət eşitməmişəm. Gəncə ziyarətgahı "İmamzadə"nin tarixi haqda dövlət rəhbərinə məlumat verdim, dördüncü İmamın oğlu Seyid İbrahimin kim olduğunu öyrənəndə prezident həzrətləri qərara aldı ki, "İmamzadə" gözəl şəkildə tərtib olunsun. Çoxlu miqdarda vəsait ayrıldı. Ölkə başçısı "İmamzadə"yə xüsusi diqqət yetirir".

Allahşükür Paşazadə bildirib ki, din xadimləri moizələrində təxribatların mahiyyətini dindarlara çatdırır və bu iş sistemli xarakter alaraq daha da təkmilləşdiriləcək:

"Çünki düşmən daim oyaqdır. Biz bu dövlətdə yaşayarıq, balalarımız qanlar bahasına dövlətimizi qoruyub, Vətən yolunda canlarını qurban veriblər. 20 faiz torpaqlarımız zəbt olunub. Bu gün də bizə qarşı məkrli hiylələr aparılır. Əleyhimizə gedən işlərin qarşısını almaq üçün dövlətimiz möhkəm olmalıdır. Bu gün Azərbaycanda dövlətlə xalqın birliyi var. Biz rəhbərimizin ətrafında olmalıyıq. Həmişə dindardarlarımız prezident İlham Əliyev həzrətlərinə dəstək olub və bundan sonra da inşallah ona dəstək olacağıq", - Şeyxülislam vurğulayıb.

Xəbər 3059 dəfə oxunub.




19.09.2025  23:53 

Laçın hazırda... - Fotolar

19.09.2025  23:33 

PUA zərbəsi: 43 nəfər öldü

19.09.2025  23:30 

Özbəkistandan Ukraynaya NOTA

19.09.2025  22:44 

MTX-nin direktoru Bakıya gəldi

19.09.2025  17:32 

Diqqət: Çaylardan sel keçəcək


BÜTÜN XƏBƏRLƏR +