Şeydayevin yenidən “Qarabağ“da - Foto
Paşinyan erməni əsirlərdən danışdı: Hər gün işləyirik
Evə kişi geyimində girən qadln 45 min manat oğurladı
Sabah bəzi yerlərdə yağış yağacaq
Lavrovun açıqlamaları nədən xəbər verir?
SEPAH komandiri güllələnərək öldürülüb
Məzahir Pənahovun oğlu məhkəmədə uduzdu
Formula-1 ilə əlaqədar şəhərə giriş bağlanacaq
Aeroportdan şəhərə gələn taksi qiymətləri açıqlandı
Britaniya Fələstin dövlətini rəsmən tanıyacaq


03.03.2017  16:11 

Bakıda tikinti şirkətləri vətəndaşları belə aldadıb





A+  A-

“Azad İstehlakçılar” İctimai Birliyinə (AİİB) yeni tikilən binalardakı istehlakçı problemləri ilə bağlı gələn şikayətlər davam edir.
AİB-ə müraciət etmiş N.Abdullayevanın Yasamal rayonunda yerləşən “İnsaatçı” MTK tərəfindən istehlakçı hüquqlarının pozulması faktı üzrə qurum tərəfindən Yasamal rayon Məhkəməsində iddia qaldırılıb:

“İstehlakçıdan kommunal haqqı kimi artıq alınmış 3451 AZN-nin geri qaytarılması barədə qətnamə qəbul edilib. Eyni zamanda N.Abdullayevanın mənzilinin sahəsinin artıq göstərməklə ondan artıq alınmış 5500 AZN vəsaitin geri qaytarılmasına dair iş məhkəmə baxışındadır”,-deyə AİB sədri Eyyub Hüseynov bildirib.

E.Hüseynov bildirib ki, istehlakçı A.Quliyevanın AİB-ə ünvanlanmış “Meqasiti Holdinq” MMC tərəfindən aldığı mənzilin sonradan başqa şəxsə satılmasına dair ərizəsi əsasında qurum tərəfindən məhkəmədə iddia qaldırılıb və hazırda məhkəmə davam edir:
“28.02.2017-ci ildə Bakı şəhər sakini Hüseyn Abışovun AİB-ə daxil olan ərizəsində Abşeron rayon Sumqayıt şosesi 7-ci km ünvanda yerləşən “Akkord İnşaat Sənaye” ASC tərəfindən hüququnun pozulduğunu, yaşamadığı halda hər ay ondan 50 AZN kommunal xidmət pulu alındığını ,ona verilən maliyyə sənədinin saxta olduğunu bildirib. AİB-in ekspertlərinin meditasiya yolu ilə problemi həll etmək təşəbbüsü qarşı tərəfdən müsbət qarşılanıb və istehlakçının ödədiyi pulun qaytarılması və əsassız yazılmış debütor borcun silinməsi nəticəsinə gəlinib.

Yeni tikilən binalarla bağlı şikayətlərin təhlili göstərir ki, vətəndaşlardan alınmış pulların müqabilində vergi qanunvericiliyi ilə müəyyən olunmuş rəsmi sənəd (qəbz) verilmir. Təəssüflər olsun ki, bu barədə Vergilər Nazirliyinə dəfələrlə rəsmi məlumatlar verilsə də,vəziyyət düzəlmir”.

O qeyd edib ki, bəzən AİB-ə daxil olan ərizələr birbaşa istehlakçı hüququ ilə əlaqədar olmur:
“Belə hallarda da ərizələr aidiyyatı üzrə dövlət orqanlarına göndərilir. Zaqatala şəhərində yaşayan Q.Hüseynova ərizə ilə müraciət edərək ,2007-ci ildə Binəqədi rayonu Biləcəri bələdiyyəsindən 4010 AZN ödəyərək 4 sot torpaq sahəsi aldığını, o zamanki bələdiyyə sədri İlham Xəlilovun onu aldadaraq, bələdiyyəyə məxsus olmayan torpaqdan sahə ayırdığını, sonradan sahənin abadlıq üçün istifadəyə verildiyini, lakin bu günə kimi ona rəsmi vəd verilsə də, başqa yerdə torpaq sahəsi ayrılmadığını bildirmişdi. Məsəlinin həlli ilə bağlı yuxarı dövlət orqanlarına müraciətlər olunub”.

(modern.az)

Xəbər 6275 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.09.2025  13:02 

Prezident Marta Kosu qəbul edib

18.09.2025  10:15 

“Netflix“ Bakıya gəlir

17.09.2025  17:57 

Hərbçimiz qəzada həlak olub

17.09.2025  15:35 

Bakıda uşaq bağçada yaralandı

17.09.2025  15:33 

Futbolçu oyun zamanı öldü


BÜTÜN XƏBƏRLƏR +