PA-ya “işə düzəlmək“ istədi, 3000 manatından oldu
Anar sədrlikdən gedəcəyi vaxtı açıqladı
Zelenski ona Ukraynanın baş naziri vəzifəsini təklif edib
Hərbi Prokurorluğda yeni təyinatlar olub
Çörək sexinin fəaliyyəti dayandırıldı - Bakıda
TRT-də PKK təsiri: Urmiya kürd şəhəridir?
Kramatorskda rus məhbuslar qaçıb
Paşinyan Brüsseldə kimlərlə görüşüb?
Onlar da Kremilin hədəfində...
Məleykə Abbaszadə hansı ixtisasların ləğvinin anonsunu verdi


18.02.2018  10:25 

Kürdə suyun səviyyəsi artıb





A+  A-

Son 10 gün üzrə çaylarda sululuq səviyyəsi açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən XəzərNews.az-a verilən məlumata görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-150, Kiçik Qafqazın çaylarında 130-230, Lənkəran-Astara bölgəsi çaylarında 100-150, Naxçıvan MR çaylarında isə 170 faizini təşkil edib.

Tranzit çaylarda son vəziyyətə gəlincə, fevralın 16-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 5 sm azalma müşahidə olunub. Məntəqədə su sərfi 200 m3/s olmaqla ongünlük normanın 117 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 135 m3/s olmaqla ongünlük normanın 79 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 5 sm azalma müşahidə olunub. Məntəqədə su sərfi 45 m3/s olmaqla, ongünlük normanın 76 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 59 m3/s təşkil edərək ongünlük normanın 84 faizinə bərabər olub.

Kür çayının aşağı axınında son vəziyyətə gəlincə, fevralın 16-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 13, Şirvanda 8, Salyanda 6, Araz çayının Novruzlu məntəqəsində 15 sm artım qeydə alınıb, lakin Bankədə isə suyun səviyyəsində 1 sm azalma müşahidə olunub.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 348 sm (2017-ci il fevralın 16-da 479 sm), Şirvanda 201 sm (2017-ci il fevralın 16-da 349 sm), Salyanda 159 sm (2017-ci il fevralın 16-da 329 sm), Bankədə 176 sm (2017-ci il fevralın 16-da 249 sm), Araz çayının Novruzlu məntəqəsində isə 95 sm (2017-ci il fevralın 16-da 200 sm) təşkil edir.

Xəbər 2951 dəfə oxunub.




14.07.2025  14:57 

Kramatorskda rus məhbuslar qaçıb

14.07.2025  14:26 

Onlar da Kremilin hədəfində...

14.07.2025  13:00 

Deputatlar tətilə çıxdı

14.07.2025  12:57 

Sabah gündüz 34-38° isti olacaq

14.07.2025  11:21 

DTX kibercinayətkarları ifşa etdi


BÜTÜN XƏBƏRLƏR +