Sabahın havası: Yağış, külək
ANAMA-nın bölmə rəhbərləri həbs edilib
“Azərbaycanda sağlam özəl sektor formalaşmayıb” - Nəsib Piriyev
32 ədəd şokaladın içində 240 qram qızıl...
Almaniyaya qaçaq gedən qızı TIR-da zorladılar
DİN kibercinayət statistikasını niyə dayandırdı?
Rusiya Xarkovda laboratoriyanı atəşə tutdu: Radiasiya təhlükəsi
Mobil operatorlar 8 ayda 825 milyon manat qazanıb
Putinin reytinqi 82 faizə yüksəlib - SORĞU
Əhalinin sayı açıqlandı - Azərbaycanda


08.09.2025  11:37 

“Manato“ bir günə 100 manat faiz hesablayır





A+  A-

"SF Azerbaijan" BOKT MMC-nin tərkibində fəaliyyət göstərən "Manato" Bank olmayan kredit təşkilatlarında kredit risklərinin idarə edilməsi Qaydasına əməl etmir.

XəzərNews.az xəbər verir ki, Milli.Az-a şikayət edən vətəndaş bildirib ki, 500 manat kredit götürüb və şirkətdən bildirilib ki, yekunda 647 manat qaytaracaq. Bəzi səbəblərə görə krediti bir gün gecikdirib və "Manato" 1 gün gecikməyə görə 100 manat faiz hesablayıb, ümumi borc isə 750 manat olub.

Qeyd edək ki, Bank olmayan kredit təşkilatlarında kredit risklərinin idarə edilməsi Qaydasına əsasən BOKT-lar tərəfindən verilən kreditin gündəlik faiz dərəcəsi maksimum 0.3%-dir. Gecikdirilmiş ödənişlərlə bağlı tətbiq edildikdə, gecikdirilmə faizləri və ya dəbbə pulu (gecikdirilmə faizlərinin tətbiq edildiyi hallar istisna olmaqla) əsas borc qalığı məbləğinə gündəlik tətbiq olunan faiz dərəcəsinin 2 (iki) mislindən çox olmamalıdır.

Gecikdirmə faizləri və ya dəbbə pulu tətbiq edildikdə, əsas borc üzrə faizlər 30 (otuz) gündən artıq hesablanmamalıdır.

Vətəndaşların etdiyi müraciətlərə əsasən demək olar ki, "Manato" və digər bu kimi təşkilatlar bu qaydalara heçdə tam əməl etmirlər.

Xəbər 1528 dəfə oxunub.



11.09.2025  12:47 

Sabahın hava proqnozu açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +