XİN Dohaya hücuma dair açıqlama yaydı
Məcburi köçkün 30 il yaşadığı evi yararsız hala saldı
Valideynlərini itirən qız 15 yaşında ana oldu
Hacıqabulda 33 yaşlı kişi 10 yaşlı qıza təcavüz edib
Polşa Belarusla sərhədi bağlayacaq
Ukrayna Rusiyanın əsas neft kəmərini vurub
Nepal Prezidenti istefa verdi
Xankəndidə “Range Rover” qalmaqalı
Manaf Ağayevin oğluna vəzifə verildi
Səfərovlar və Şıxlinskini tora kim salıb? - FSB izi


06.11.2023  09:42 

Yer üzündəki cənnət... - Pozitano





A+  A-

Pozitano -Amalfi sahillərində kiçik turist kəndidir, 4000-ə yaxın əhalisi var. Qədim Roma dönəmində qüdrətli dəniz şəhəri olub, sonra balıqçı qəsəbəsinə çevrilib. İndi də əhalisi balıqçılıqla məşğul olur.

Qayaların başında bir-birinə yapışan rəngli balıqçı evləri, onlara aparan uzun, dar pillələr nağılvaridir.

Hazırda kənd Cənubi İtaliyanın ən möhtəşəm kurortdur, adına "Yer üzündəki cənnət" də deyirlər...

Neapoldan 1, Solernodan 2 saatlıq məsafədə yerləşir. Gəmi ilə 15, avtobusla 3.80 avro ödəməklə kəndə çatmaq olur.

Tirren dənizinin firuzeyi suları, limon, zeytun, üzüm və yasəmən bağları, yamyaşıl küknar meşələri, təmız çimərliklər - əsl italyan koloriti kəndi ideal turizm məkanına çevirib.

Pozitano kurort - şəhər kimi YUNESKO siyahısındadır.

Kəndin yasəmən bağları Homerin "Odisseya"sında xatlrlanır.

Sofi Loren istirahətini çox vaxt bu kənddəki villasında keçirir.

Bir çox məşhurların kənddə evləri var.

Kənd haqqında "Pozitano sizin arzularınızın əsl məkanıdır" yazırlar.

Bura kətan parçanın vətənidir, 150 avrodan aşağı geyim yoxdur. Turistlərə görə qiymətlər çox bahadır. Yeməklər 15-45 avro arası dəyişir.

Pozitanoda yağışlar tez-tez yağır...














Pozitanodan yazdı:
T.Məhərrəmova


Xəbər 5525 dəfə oxunub.




09.09.2025  20:27 

Leysan yağacaq, şimşək çaxacaq

09.09.2025  16:21 

Nepal Prezidenti istefa verdi


BÜTÜN XƏBƏRLƏR +