Altı rayona prokurorlar təyin edilib
PA-nın bu işçiləri də diplomatik pasport əldə edəcək
Rusiyaya yeni giriş qaydaları qüvvəyə minir
Rusiya İranın bu hərəkətindən narahatdır
Qaçaqmal yolu ilə qızıl keçirən sabiq gömrükçülər azadlıqda...
“Kino var?.. - Olmayan şey haqqında nə danışım?
Əməliyyatdan sonra qızın qulağı çürüdü - Bakıda
Yük avtomobilləri kütləvi şəkildə cərimələnir - Video
Bayram günlərində hava necə olacaq?
Si Cinpin BRİKS sammitində iştirak etməyəcək


24.10.2023  12:35 

Azərbaycan xalqından üzr istəyirəm -Xaçaturyan





A+  A-

“Vaqif Xaçaturyan, qardaşı və digərləri Meşəli kəndinə hücum etmişdilər. Vaqif orada olmadığını yalandan deyir”.

Xəzərnews.az "Report"a istinadən xəbər verir ki, bunu qanunsuz erməni silahlı birləşmələrinin tərkibində 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçaturyanın məhkəməsində iş üzrə zərərçəkmiş qismində ifadə verən Çərkəz Mehrəliyev deyib.

O, ermənilərin kəndə hücumu nəticəsində anasının, bacısının və qızının xəsarət aldığını söyləyib: “Onlar dinc əhaliyə hücum etmişdilər. Vaqif, qardaşı və digərləri də orada idi. Onların azərbaycanlılara nifrət edirdilər. Ermənilər deyirdilər ki, torpaq, kənd bizimdir və buradan çıxıb gedin. Yaylaqda dərman verib mal-qaramızı da qırmışdılar”.

Vaqif Xaçaturyan məhkəmədə günahsız olduğunu deyib: “Dədəmin adı da Çərkəz olub. Mən heç kimə heç nə etməmişəm”.

Zərərçəkmiş isə ona cavab verib: “Sən yalandan danışırsan. Niyə edirdiniz? Bizdən sizə qarşı güllə atan olub?

Prosesdə Baş prokurorun böyük köməkçisi, 3-cü dərəcəli dövlət ədliyyə müşaviri Müqəddəs Sultanov Vaqif Xaçaturyana sual verib: “Siz burada ifadələrinizdə orada olmadığınızı deyirsiniz. Təklikdə olan zaman nələrdəsə özünüzü günahkar bilirsinizmi?”

Vaqif Xaçaturyan isə suala cavabında söyləyib: “Mən bizimkilər tərəfdən olanlara görə Azərbaycan xalqından üzr istəyirəm”.


Xəbər 2379 dəfə oxunub.




25.06.2025  10:05 

VAHİD AZƏRBAYCANI UNUDUN!

24.06.2025  18:40 

Anadolu incisi - Bitlis


BÜTÜN XƏBƏRLƏR +