Bakıda zibili eşşək arabası ilə daşıyırlar
Artıq yas mərasimlərimiz “obed”ə oxşayır - İlham Əziz
Cəlilabadda meşə yanır
Rusiyada Azərbaycanın mədəni tədbirləri ləğv olundu
Mingəçevir, Zaqatala və Xaçmaza prokurorlar təyin edilib
İki evdən 30 min dollar və 57 min manat oğurlandı
Yararsız heyvan cəmdəyi aşkarlandı
Hərbi Prokurorluğda daha bir kadr islahatı aparılıb
Arı ailələrinə zəhərli maddələr verilib? - Video
Azərbaycanın ABŞ-ın təklifinə cavabı necə olacaq?


17.10.2023  09:01 

TƏBİB deputatın oğlundan anbar icarəyə götürdü





A+  A-

“İnnovasiya və Təchizat Mərkəzi” Publik Hüquqi Şəxsi tərəfindən keçirilən tender müsabiqəsinin (Bir mənbədən) qalibi fərdi sahibkar Cavanşir Orxan Cavanşir oğlu (VÖEN – 1404799542) olub.

Xəzərnews.az xəbər verir ki, fərdi sahibkar Cavanşir Orxan TƏBİB-in tabeliyində olan “İnnovasiya və Təchizat Mərkəzi”nə 10 ay müddətinə (06.10.2023-11.08.2023) anbar sahəsini icarəyə verəcək.

Qeyd olunan anbar sahəsinin icarəsi “İnnovasiya və Təchizat Mərkəzi” Cavanşir Orxana 1 milyon 176 min manat ödəyəcək.

Qeyd edək ki, 2 il əvvəl Cavanşir Orxan eyni məbləğə (1 milyon 176 min manata) “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi”nə 1 il müddətinə (09.08.2021-09.08.2022) ofis və anbar kompleksi icarəyə verib.

Məlumat üçün bildirək ki, 1994-cü il təvəllüdlü Cavanşir Orxan millət vəkili Cavanşir Feyziyevin oğludur.

Xatıraldaq ki, Cavanşir Feyziyev və onun ailə üzvlərinin – həyat yoldaşı Pərvanə Feyziyeva, oğlu Orxan Cavanşir və qardaşı oğlu Elman Cavanşirin adı Böyük Britaniyada “çirkli pulların” yuyulmasında hallanıb.

Belə ki, 2021-ci ildə Britaniyada Cinayətkarlıqla Mübarizə Agentliyi ailənin bank hesablarında olan 15 milyon funt-sterlinqi (o zamankı məzənnə ilə 34,7 milyon manat) “çirkli pul” sayıb. Daha sonra məhkəmə prosesi keçirilib və Britaniya məhkəməsi 5,6 milyon funt-strelinq məbləğində vəsaitin mənbəyini şübhəli hesab etdiyi üçün müsadirə edib.

Müsadirə edilən vəsaitin 4,4 milyon funt-sterlinqi Pərvanə Feyziyevanın, 1 milyon funt-sterlinqi Orxan Cavanşirin, 240 min funt-sterlinqi isə Elman Cavanşirin hesabından müsadirə edilib.//Ekonoinfo.az



Xəbər 2689 dəfə oxunub.




15.07.2025  14:10 

Cəlilabadda meşə yanır

15.07.2025  10:00 

Samuxda zəlzələ baş verib

14.07.2025  14:57 

Kramatorskda rus məhbuslar qaçıb


BÜTÜN XƏBƏRLƏR +