Altı rayona prokurorlar təyin edilib
PA-nın bu işçiləri də diplomatik pasport əldə edəcək
Rusiyaya yeni giriş qaydaları qüvvəyə minir
Rusiya İranın bu hərəkətindən narahatdır
Qaçaqmal yolu ilə qızıl keçirən sabiq gömrükçülər azadlıqda...
“Kino var?.. - Olmayan şey haqqında nə danışım?
Əməliyyatdan sonra qızın qulağı çürüdü - Bakıda
Yük avtomobilləri kütləvi şəkildə cərimələnir - Video
Bayram günlərində hava necə olacaq?
Si Cinpin BRİKS sammitində iştirak etməyəcək


30.11.2022  10:02 

Milyonlar xərcləyib alınan 37 hemodializ qurğusu niyə işləmir?





A+  A-

Xroniki böyrək çatışmazlığı ilə bağlı son 5 ildə dövlət büdcəsindən xərclənən vəsaitlərin Hesablama Palatası tərəfindən auditi nəticəsində ortaya çıxan mühüm faktlar ortaya çıxıb.

XəzərNews.az xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Rövşən Ağayev sosial şəbəkə hesabındamaraqlı məqamlara toxunub.

R.Ağayev yazır ki, 2019-2020-ci illərdə Şəmkir, Goranboy və Abşeron rayon mərkəzi xəstəxanalarına ümumilikdə 1,122 milyon manat dəyərində 37 ədəd hemodializ qurğusu və 295,2 min manat dəyərində 2 ədəd osmos tipli sutəmizləmə qurğusu verilsə də, həmin tibb müəssisələrində hal-hazıradək hemodializ şöbəsi fəaliyyətə başlamayıb:

“Əhaliyə isə digər rayonlarda xidmət göstərilib. Fəaliyyətin düzgün koordinasiya edilməməsi səbəbindən ölkə üzrə hemodializ şöbələrindəki dializ aparatlarının 10%-i istismar müddətini başa vurmuş, 2019-2021-ci illərdə hemodializ şöbələrinə verilmiş 49 ədəd hemodializ aparatının müxtəlif səbəblərdən istifadəyə verilməsi mümkün olmayıb. Növbənin düzgün tənzimlənməməsi səbəbindən hemodializ şöbələrinin iş saatlarının hemodializ prosedurlarının icrası müddətləri ilə üst-üstə düşmədiyi, nəticədə xəstələrin hemodializ üzrə klinik protokolda nəzərdə tutulandan daha az hemodializ qəbul etmələri baş vermiş, hemodializ şöbələrinin bir çoxunda 1 hemodializ aparatına düşən sahə normadan 1,2-2,4 dəfə az olub. Mövcud qaydalara görə, 1 hemodializ aparatı üçün 12 kv/metr sahə təmin edilməlidir”.



Xəbər 2240 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

25.06.2025  10:05 

VAHİD AZƏRBAYCANI UNUDUN!

24.06.2025  18:40 

Anadolu incisi - Bitlis


BÜTÜN XƏBƏRLƏR +