Altı rayona prokurorlar təyin edilib
PA-nın bu işçiləri də diplomatik pasport əldə edəcək
Rusiyaya yeni giriş qaydaları qüvvəyə minir
Rusiya İranın bu hərəkətindən narahatdır
Qaçaqmal yolu ilə qızıl keçirən sabiq gömrükçülər azadlıqda...
“Kino var?.. - Olmayan şey haqqında nə danışım?
Əməliyyatdan sonra qızın qulağı çürüdü - Bakıda
Yük avtomobilləri kütləvi şəkildə cərimələnir - Video
Bayram günlərində hava necə olacaq?
Si Cinpin BRİKS sammitində iştirak etməyəcək


23.05.2021  09:23 

Çində dağ marafonunda ölənlərin sayı 21-ə çatıb





A+  A-

Çinin şimalındakı Qansu əyalətində keçirilən dağ marafonu zamanı həlak olanların sayı 21 nəfərə çatıb.
XəzərNews.az xəbər verir ki, bu barədə "Global Times" qəzeti məlumat yayıb.

Qeyd edilir ki, xilasedicilər daha bir neçə yarış iştirakçısının meyitini aşkarlayıblar. Məlumata görə, daha 8 nəfər yüngül xəsaərət alıb.

Yerli hakimiyyət orqanları insidentin səbəbini araşdırmaq üçün xüsusi qrup yaradıblar.

Bayin şəhəri yaxınlığında yarış şənbə günü səhər başlayıb. Yarış zamanı bölgədə əlverişsiz hava şəraiti mövcud olub. Çinin “People`s Daily” nəşrinin məlumatına görə, söhbət güclü yağışlardan gedir. Yağışlar nəticəsində 15 idmançı həlak olub, daha 6 nəfər itkin düşüb. Digər 151 nəfər təxliyə edilib.

Yarış dayandırılıb.

***
Çinin şimalındakı Qansu əyalətində keçirilən ultramarafon zamanı on altı nəfər həlak olub, daha beş nəfər itkin düşüb.

Bu barədə “Sinxua” agentliyi bildirib.

Qeyd edilir ki, Bayin şəhəri yaxınlığında yarış şənbə günü səhər başlayıb. Yarış zamanı bölgədə əlverişsiz hava şəraiti mövcud olub. Lakin agentlik söhbətin hansı hava şəraitindən getdiyini açıqlamayıb. Yerli vaxtla saat 3:00-da (Bakı vaxtı ilə saat 23:00) xilasetmə qrupları 16 nəfərin öldüyünü təsdiqləyib. Məlumata görə, itkin düşmüş 5 nəfərin axtarışı əməliyyatı hələ də davam edir.

Çinin “People`s Daily” nəşrinin məlumatına görə, söhbət güclü yağışlardan gedir. Yağışlar nəticəsində 15 idmançı həlak olub, daha 6 nəfər itkin düşüb. Digər 151 nəfər təxliyə edilib.

Ultramarafon dayandırılıb.

Xəbər 3540 dəfə oxunub.



25.06.2025  10:05 

VAHİD AZƏRBAYCANI UNUDUN!

24.06.2025  18:40 

Anadolu incisi - Bitlis


BÜTÜN XƏBƏRLƏR +