Altı rayona prokurorlar təyin edilib
PA-nın bu işçiləri də diplomatik pasport əldə edəcək
Rusiyaya yeni giriş qaydaları qüvvəyə minir
Rusiya İranın bu hərəkətindən narahatdır
Qaçaqmal yolu ilə qızıl keçirən sabiq gömrükçülər azadlıqda...
“Kino var?.. - Olmayan şey haqqında nə danışım?
Əməliyyatdan sonra qızın qulağı çürüdü - Bakıda
Yük avtomobilləri kütləvi şəkildə cərimələnir - Video
Bayram günlərində hava necə olacaq?
Si Cinpin BRİKS sammitində iştirak etməyəcək


25.02.2021  22:04 

Paşinyanın “İskəndər”lə bağlı açıqlamasına - Rusiyadan reaksiya





A+  A-

“Dağlıq Qarabağdakı münaqişə zamanı “İskəndər” raket sistemlərindən heç biri istifadə edilməyib”.
XəzərNews.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir.

“Bizdə olan obyektiv və etibarlı məlumatlara, həmçinin, obyektiv nəzarət sisteminin təsdiqlədiyi məlumatlara görə, Dağlıq Qarabağda münaqişə zamanı “İskəndər” raket kompleksindən heç biri istifadə olunmayıb”, - deyə Rusiya MN-dən bildirilib.

Qeyd edilib ki, raketlərin bütün sursat ehtiyatları Ermənistan Silahlı Qüvvələrinin anbarlarındadır.

Rusiya MN Paşinyanın "Ermənistan Silahlı Qüvvələri tərəfindən Dağlıq Qarabağda istifadə edilən “İskəndər” raketlərinin partlamadığını və ya yalnız 10% partladığını" söyləməsini çaşqınlıq və təəccüb içərisində izlədiklərini bildirib:

“Görünür, Nikol Paşinyan yanlış məlumatlandırılıb və o, nəticədə səhv informasiyadan istifadə etdi”.

Xəbər 3797 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

25.06.2025  10:05 

VAHİD AZƏRBAYCANI UNUDUN!

24.06.2025  18:40 

Anadolu incisi - Bitlis


BÜTÜN XƏBƏRLƏR +