Rusiya mediasından Azərbaycana qarşı TƏXRİBAT
“PulPal” “Mpay”də qanun pozuntuları aşkarlanıb
Təhsil Tələbə Kreditini almaq niyə əlçatmaz olub?
Daha bir məktəb direktorunun səs yazısı yayıldı
Nazirlik Mehdiyevlərin şirkətilə 288 min manatlıq müqavilə imzaladı
Qubada həll olunmayan yol problemi
Kəlbəcərdə yaralanan jurnalist məhkəmədə ifadə verdi
“Səhər 9-da xəstəxanada olsaq da, növbəmiz 1780-ci idi...
Kosmetoloq jurnalisti məhkəməyə verdi
Rusiya Azərbaycan diaspor rəhbərini niyə axtarışa verib?


04.05.2019  10:43 

Novruz Məmmədov aparata göstərişlər verdi





A+  A-

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında qaldırılan məsələlərlə əlaqədar Baş Nazir Novruz Məmmədovun yanında Nazirlər Kabineti Aparatının iclası keçirilib.
XəzərNews.az xəbər verir ki, N. Məmmədov 2019-cu ilin birinci rübündə ölkəmizin əldə etdiyi uğurlu nəticələrdən, aparılan iqtisadi islahatlardan, yeniliklərdən bəhs edib və müşavirə zamanı Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi istiqamət və hədəflərin hökumət üçün əsas meyar olduğunu bildirib. Baş Nazir bu müddət ərzində aparılan ciddi sosial əhəmiyyətli islahatların, verilən qərarların Azərbaycan ictimaiyyəti tərəfindən çox yüksək qarşılandığını, ölkəmizin həm regional, həm də dünya miqyasında reytinqinin daha da yüksəlməsinə səbəb olduğunu vurğulayıb. Xüsusən də, Dövlət başçısının əhalinin aztəminatlı hissəsinin, şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin, məcburi köçkünlərin sosial problemlərini daim diqqətdə saxlaması Nazirlər Kabineti üçün də prioritet məsələlərdən biridir. Bununla yanaşı, vergi və gömrük sahələrində institusional dəyişikliklər, şəffaflıq və sağlamlaşdırma tədbirləri də müsbət dəyişikliklərlə nəticələnib. Ölkədə bütün iqtisadi göstəricilər üzrə davamlı inkişaf müşahidə olunur, icra edilən böyük investisiya və infrastruktur layihələri iqtisadiyyata öz töhfəsini verir. Bu rüb ərzində Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunmuş “SOCAR karbamid” zavodunun istifadəyə verilməsi, “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın, “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi, o cümlədən ölkədə aqrar sahənin şaxələndirilməsi və dayanıqlı inkişaf istiqamətində atılan addımlar Dövlət başçısının apardığı məqsədyönlü siyasətin əməli nəticələridir.

Yekunda sosial-iqtisadi inkişafın nəticələrinə dair ətraflı fikir mübadiləsi aparıldıqdan sonra, Baş Nazir Novruz Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin iclasda verdiyi tapşırıqların icrası ilə əlaqədar Azərbaycan Nazirlər Kabineti tərəfindən həyata keçirilməsi nəzərdə tutulan tədbirlərlə bağlı Nazirlər Kabineti Aparatının aidiyyəti şöbələrinə müvafiq göstərişlər verib.

Xəbər 3015 dəfə oxunub.




31.07.2025  14:44 

Bu ərazilərdə işıq kəsiləcək

31.07.2025  14:33 

Qubada həll olunmayan yol problemi

31.07.2025  13:50 

İlham Əliyev sərəncam imzaladı

31.07.2025  12:17 

Sabah 41 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +