Altı rayona prokurorlar təyin edilib
PA-nın bu işçiləri də diplomatik pasport əldə edəcək
Rusiyaya yeni giriş qaydaları qüvvəyə minir
Rusiya İranın bu hərəkətindən narahatdır
Qaçaqmal yolu ilə qızıl keçirən sabiq gömrükçülər azadlıqda...
“Kino var?.. - Olmayan şey haqqında nə danışım?
Əməliyyatdan sonra qızın qulağı çürüdü - Bakıda
Yük avtomobilləri kütləvi şəkildə cərimələnir - Video
Bayram günlərində hava necə olacaq?
Si Cinpin BRİKS sammitində iştirak etməyəcək


18.12.2018  13:11 

Tələbələrə 20 milyon ayrıldı - Təqaüdlər və təhsil xərcləri maliyyələşdiriləcək





A+  A-

Baş nazir Novruz Məmmədov "Azərbaycan Respublikasının Təhsil Nazirliyinə dövlət sifarişi üzrə və dövlət hesabına kadr hazırlığının maliyyələşdirilməsi üçün vəsait ayrılması barədə” sərəncam imzalayıb.
XəzərNews.az-ın məlumatına görə, sərəncama əsasən "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1756 nömrəli Fərmanının 1.4.7.15-ci yarımbəndində "Dövlət sifarişi ilə ali təhsilin maliyyələşdirilməsi və təhsil sahəsində digər tədbirlər” üçün nəzərdə tutulmuş vəsaitdən Təhsil Nazirliyinə dövlət sifarişi üzrə və dövlət hesabına kadr hazırlığının maliyyələşdirilməsi üçün təqaüd xərcləri üzrə 8 milyon 853 min 63 manat, təhsil xərcləri üzrə 11 milyon 262 min 256 manat olmaqla, cəmi 20 milyon 115 min 319 manat məbləğində vəsait ayrılıb.

Maliyyə Nazirliyinə ayrılan vəsaitin müəyyən olunmuş qaydada ödənilməsini təmin etmək tapşırılıb.

Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

Xəbər 2539 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

25.06.2025  10:05 

VAHİD AZƏRBAYCANI UNUDUN!

24.06.2025  18:40 

Anadolu incisi - Bitlis


BÜTÜN XƏBƏRLƏR +