Altı rayona prokurorlar təyin edilib
PA-nın bu işçiləri də diplomatik pasport əldə edəcək
Rusiyaya yeni giriş qaydaları qüvvəyə minir
Rusiya İranın bu hərəkətindən narahatdır
Qaçaqmal yolu ilə qızıl keçirən sabiq gömrükçülər azadlıqda...
“Kino var?.. - Olmayan şey haqqında nə danışım?
Əməliyyatdan sonra qızın qulağı çürüdü - Bakıda
Yük avtomobilləri kütləvi şəkildə cərimələnir - Video
Bayram günlərində hava necə olacaq?
Si Cinpin BRİKS sammitində iştirak etməyəcək


28.05.2018  13:36 

Oğurluq edən şəxsdən narkotik götürülüb





A+  A-

Hacıqabulda oğurluq edən şəxsdən narkotik götürülüb.
DİN mətbuat xidmətinin Şirvan şəhərindəki regional qrupundan XəzərNews.az-a verilən məlumata görə, mayın 25-də Hacıqabul Rayon Polis Şöbəsinə rayonun Ağacanlı kəndində yerləşən “Hacıqabul Quşçuluq Şirkəti” MMC-nin ərazisinə qanunsuz daxil olaraq oradan transformatorların içərisindən ümumi dəyəri 4000 manat olan 160 metr alüminium tərkibli sarğıların oğurlanması barədə məlumat daxil olub.

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Hacıqabul rayon sakini, əvvəllər məhkum olunmuş, 52 yaşlı Sahib Ələkbərov saxlanılıb. S.Ələkbərov şübhəli şəxs qismində saxlanılarkən onun üzərindən 0,434 qram heroin aşkar olunaraq götürülüb.

Əməliyyat tədbirinin davamı olaraq S.Ələkbərovun yaşadığı evdə və həyətyani sahəsində axtarış aparılıb. Nəticədə, həyətindən kultivasiya yolu ilə yetişdirilmiş 13 ədəd çətənə kolu, ümumi çəkisi 95 qram olan qurudulmuş marixuana, yaşadığı evdən isə 186 ədəd çətənə bitkisinin toxumları, eləcə də oğurladığı alüminium tərkibli sarğılar aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla əlaqədar olaraq Hacıqabul RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Xəbər 2920 dəfə oxunub.




25.06.2025  10:05 

VAHİD AZƏRBAYCANI UNUDUN!

24.06.2025  18:40 

Anadolu incisi - Bitlis


BÜTÜN XƏBƏRLƏR +