Altı rayona prokurorlar təyin edilib
PA-nın bu işçiləri də diplomatik pasport əldə edəcək
Rusiyaya yeni giriş qaydaları qüvvəyə minir
Rusiya İranın bu hərəkətindən narahatdır
Qaçaqmal yolu ilə qızıl keçirən sabiq gömrükçülər azadlıqda...
“Kino var?.. - Olmayan şey haqqında nə danışım?
Əməliyyatdan sonra qızın qulağı çürüdü - Bakıda
Yük avtomobilləri kütləvi şəkildə cərimələnir - Video
Bayram günlərində hava necə olacaq?
Si Cinpin BRİKS sammitində iştirak etməyəcək


16.10.2017  12:09 

“Bu, sabitlik üçün vacib amildir” - Leyla Əliyeva





A+  A-

“Ərzaq təhlükəsizliyi və kənd yerlərinin inkişafı dünyada sülhün, sabitliyin və davamlılığın təmin edilməsi üçün vacib amildir”.
XəzərNews.az xəbər verir ki, bunu Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva bu gün ADA Universitetində IDEA İctimai Birliyinin, Kənd Təsərrüfatı Nazirliyinin və FAO-nun birgə təşkilatçılığı ilə keçirilən Ümumdünya Ərzaq Gününə həsr olunmuş tədbirdə çıxışı zamanı bildirib. Ümumdünya Ərzaq Gününün əhəmiyyətini vurğulayan Leyla Əliyeva bu sahədə mövcud problemlərin münaqişəyə, aclığa və kütləvi miqrasiyaya yol aça biləcəyini qeyd edib.

O, bildirib ki, miqrasiya məcburi deyil, könüllü seçim olmalıdır və milyonlarla insanın öz yurdlarını tərk etməməsi üçün regionların inkişafına sərmayə qoyulmalıdır. L. Əliyeva IDEA İctimai Birliyinin fəaliyyətindən, ötən altı ildə görülən işlərdən danışıb..

“Miqrasiyanın gələcəyini dəyişək: Ərzaq təhlükəsizliyinə və kənd yerlərinin inkişafına sərmayə qoyaq” şüarı altında təşkil olunan tədbirin məqsədləri miqrasiya və pul köçürmələri axınının istehsala, sosial gərginlik və bərabərliyə təsirləri, həmçinin son nəticədə onların yoxsulluq və ərzaq təhlükəsizliyinə effektləri sahəsində anlaşılmanı yaxşılaşdırmaq və digər məsələləri müzakirə etməkdir.

Tədbirdə “Miqrasiyanın iqtisadi və siyasi tərəfləri: Kənd təsərrüfatına və ərzağa təsirləri” mövzusunda panel müzakirələr aparılacaq, iştirakçıların sualları cavablandırılacaq.

Xəbər 3114 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

25.06.2025  10:05 

VAHİD AZƏRBAYCANI UNUDUN!

24.06.2025  18:40 

Anadolu incisi - Bitlis


BÜTÜN XƏBƏRLƏR +