Rusiya mediasından Azərbaycana qarşı TƏXRİBAT
“PulPal” “Mpay”də qanun pozuntuları aşkarlanıb
Təhsil Tələbə Kreditini almaq niyə əlçatmaz olub?
Daha bir məktəb direktorunun səs yazısı yayıldı
Nazirlik Mehdiyevlərin şirkətilə 288 min manatlıq müqavilə imzaladı
Qubada həll olunmayan yol problemi
Kəlbəcərdə yaralanan jurnalist məhkəmədə ifadə verdi
“Səhər 9-da xəstəxanada olsaq da, növbəmiz 1780-ci idi...
Kosmetoloq jurnalisti məhkəməyə verdi
Rusiya Azərbaycan diaspor rəhbərini niyə axtarışa verib?


12.05.2017  10:06 

Hacı Mirəziz Seyidzadənin ölümündən 3 il keçir





A+  A-

Bu gün görkəmli ilahiyyatçı alim Qazi Hacı Mirəziz Seyidzadənin ölümündən 3 il keçir. M.Seyidzadə 2014-cü ildə mayın 11-dən 12-nə keçən gecə vəfat edib.
XəzərNews.az xatırladır ki, 1949-cu ildə Masallının Türkoba kəndində anadan olan Hacı Mirəziz Seyidzadə Buxara Mir-Ərəb Mədrəsəsində təhsil alıb.
1978-1982-ci illərdə Astara şəhər "Cümə" məscidində axund vəzifəsində çalışıb. 1994-2011-ci illərdə Qafqaz Müsəlmanları İdarəsinin Təhsil şöbəsinin müdiri və Bakı İslam Universiteti Sumqayıt şöbəsinin rektoru vəzifələrini icra edib. 2002-ci ildə aylıq "Kəlam" elmi-ədəbi, publisistik jurnalını təsis edib. 2011-ci ildən Qafqaz Müsəlmanları İdarəsi Fətva şöbəsinin müdiri işləyib.
2004-cü ildə (12 sentyabr) "İslamda həccin tarixi-mədəni və sosial-siyasi rolu" adlı (09.00.06 - Din nəzəriyyəsi və tarixi (ilahiyyat) ixtisası üzrə) namizədlik dissertasiyasını müdafiə edib. 2004-cü ildə (20 oktyabr) Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən "İlahiyyat üzrə fəlsəfə doktoru" alimlik dərəcəsi alıb.
1998-ci ildən Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçilərinin Həmkarlar İttifaqı, 2000-ci ildən Azərbaycan Respublikası Ağsaqqallar Şurası, 2003-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olub. Ədəbi cameədə "Əziz Pünhan" təxəllüsü ilə çıxış edib.
1970-ci ildən başlayaraq mətbuatda tərcümə materialları və elmi məqalələrlə çıxış edib. 14 kitabın, 200-dən artıq elmi-publisistik məqalənin müəllifidir:
1. "İmam Əlinin qısa kəlamları" (Tərcümə. 30 səh.) Bakı-1991.
2. "İslami söhbətlər" (Dərslik, 448 səh.) I hissə. Bakı-1996.
3. "Allahımı belə tanıdım" (141 səh.) Bakı - 1998.
4. "İslami söhbətlər". (Dərslik. 524 səh.) II hissə. Bakı - 2002.
5. "İslami söhbətlər" (Dərslik. 688 səh. Yeni nəşr). Bakı - 2003.
6. "Bulud ağlamasa". (209 səh.) Bakı - 2006
7. "Elmin qapısı" (650 səh.) Bakı - 2008
8. "Divan" (472 səh.) Bakı-2008.
9. "İslami söhbətlər" (Rus dilində, "İslamskie besedı" 502 səh.) Bakı-2009
10. "Elmin qapısı" (İngilis dilində, "Door of knowledge", 619 səh.) Bakı-2009
11. "İmam Əlinin (ə) qısa kəlamları", (Tərcümə və şərhi ilə, 223 səh.) Bakı-2010
12. "İslam olduğu kimi", (447 səh.) Bakı-2011
13. "Yaradan axtarışında", (230 səh.) Bakı-2013
14. "Dilsuz duyğular", (304 səh.), Bakı-2015, (ölümündən sonra)

Xəbər 3364 dəfə oxunub.



31.07.2025  17:47 

Füzulidə ağır qəza baş verib

31.07.2025  15:58 

Sabiq prokuror vəfat etdi

31.07.2025  14:44 

Bu ərazilərdə işıq kəsiləcək

31.07.2025  14:33 

Qubada həll olunmayan yol problemi

31.07.2025  13:50 

İlham Əliyev sərəncam imzaladı

31.07.2025  12:17 

Sabah 41 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +