Altı rayona prokurorlar təyin edilib
PA-nın bu işçiləri də diplomatik pasport əldə edəcək
Rusiyaya yeni giriş qaydaları qüvvəyə minir
Rusiya İranın bu hərəkətindən narahatdır
Qaçaqmal yolu ilə qızıl keçirən sabiq gömrükçülər azadlıqda...
“Kino var?.. - Olmayan şey haqqında nə danışım?
Əməliyyatdan sonra qızın qulağı çürüdü - Bakıda
Yük avtomobilləri kütləvi şəkildə cərimələnir - Video
Bayram günlərində hava necə olacaq?
Si Cinpin BRİKS sammitində iştirak etməyəcək


11.05.2017  18:22 

Cahangir Hacıyevin səhhəti pisləşdi





A+  A-

Bakı Apellyasiya Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin həbsdə olan sabiq sədri Cahangir Hacıyev və digərlərinin Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətinə baxılıb.
C.Hacıyevin vəkili Fəxrəddin Mehtiyevin verdiyi məlumata görə, hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə Cahangir Hacıyevin səhhətində problemlər yarandığından o prosesdə iştirak edə bilməyib. C.Hacıyevin vəkili F.Mehdiyev prosesin təxirə salınmasını istəyib.

Amma məhkəmə prosesi keçirilib.
Prosesdə təqsirləndirilən şəxslərdən Beynəlxalq Bankın Nərimanov filialının rəhbəri olmuş, hazırda isə AFB bankın İdarə Heyətinin üzvü Məmməd Cahangirovun vəkili çıxış edərək, ona bəraət verilməsini istəyib.

Beynəlxalq Bank və onun tabeliyindəki qurumların mühafizəsini həyata keçirən "İntersecurity" şirkətinin rəhbəri, 7 il azadlıqdan məhrum edilmiş İbrahim Hüseynovun vəkili də məhkəmədən hüquqlarını müdafiə etdiyi şəxsə bəraət verilməsini istəyib.
C.Hacıyevin vəkilləri məhkəmənin təxirə salınması üçün növbəti dəfə müraciət ediblər.
Hakim Cahangir Hacıyevin istəyini nəzərə alıb və məhkəmə mayın 18-nə qədər təxirə salınıb.

(trend.az)

Xəbər 3048 dəfə oxunub.



25.06.2025  10:05 

VAHİD AZƏRBAYCANI UNUDUN!

24.06.2025  18:40 

Anadolu incisi - Bitlis


BÜTÜN XƏBƏRLƏR +