Altı rayona prokurorlar təyin edilib
PA-nın bu işçiləri də diplomatik pasport əldə edəcək
Rusiyaya yeni giriş qaydaları qüvvəyə minir
Rusiya İranın bu hərəkətindən narahatdır
Qaçaqmal yolu ilə qızıl keçirən sabiq gömrükçülər azadlıqda...
“Kino var?.. - Olmayan şey haqqında nə danışım?
Əməliyyatdan sonra qızın qulağı çürüdü - Bakıda
Yük avtomobilləri kütləvi şəkildə cərimələnir - Video
Bayram günlərində hava necə olacaq?
Si Cinpin BRİKS sammitində iştirak etməyəcək


29.04.2025  11:49 

Milyarder Fərhad Əhmədovun adı rüşvət işində – İNTERPOL araşdırır…





A+  A-

Azərbaycanlı milyarder, əslən göyçaylı Fərhad Əhmədovun başı növbəti qalmaqaldadır. Bu dəfə milyarderin adı külli miqdarda rüşvət vermə işində keçir.

Fərhad Əhmədovun adı qarışan məsələ ölkə hüdudlarını aşmaqdadır. Odur ki, məsələyə İNTERPOL qarışmalı olub.

Belə media resursları Fərhad Əhmədovun Fransa prezidenti Makronun mühafizə xidmətinin rəisi ilə iş əlaqələrindən yazıb. Məlum olub ki, mühafizə rəisi milyarderi aldadıb. Ondan rüşvət alaraq sanksiyaların ləğvinə söz verib, lakin F. Əhmədova “atıb”.

Nəticədə iş xüsusi xidmət orqanları tərəfindən araşdırma başlanıb. Bu barədə yerli media yazır ki, İNTERPOL Baş Katibliyi uzun prosedurdan sonra ümumi qərarla Fransa vətəndaşı Aleksandr Benallanın axtarışını əsaslı hesab edərək 2025-ci ilin aprel ayında “Red Notice” (“Qırmızı Bülleten”) ilə beynəlxalq axtarışa daxil edib və bu barədə bütün üzv dövlətlərə bildirişlər göndərib.

Qərarın əsası Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində istintaqı aparılan cinayət işi üzrə 2024-cü ildə verilmiş hüquqi sorğu olub.

Məlum olduğu kimi, Fransa Prezidentinin Mühafizə Xidmətinin sabiq rəhbəri Aleksandr Benalla və Fransanın milyardlarla dövriyyəsi olan “SAUR” şirkətinin vitse-prezidenti Anass Derraz (hazırda Azərbaycandadır, məsuliyyətə cəlb olunub) 2018-ci ildə Azərbaycan əsilli rusiyalı milyarder Fərhad Əhmədovun aktivlərinə qarşı beynəlxalq sanksiyaların ləğvi müqabilində külli miqdarda rüşvət alma və digər cinayət əməllərində ittiham olunurlar.

Həmin iş üzrə əvvəllər xarici və yerli mətbuatda dərc edilmiş məqalələrdə qeyd edilir ki, Fransa rəsmiləri Fərhad Əhmədovdan rüşvət tələb ediblər və bunun müqabilində sonuncunun dəbdəbəli “Luna” yaxtasının beynəlxalq həbsdən azad ediləcəyini, özünün sanksiyalardan qorunacağını vəd ediblər.

Məlumatlara əsasən, F.Əhmədov milyonlarla dollarlıq rüşvətin bir hissəsini Anass Derrazın “AL HILAL BANK”-dakı hesabına və Aleksandr Benallanın “BANK OF AFRICA UNITED KINGDOM PLC SC PAR”-dakı hesabına köçürüb.

Məlum olmayan formada istintaqın əlinə keçən A.Derraz Azərbaycanda məsuliyyətə cəlb olunaraq ölkədən çıxışına qadağa qoyulub, A.Benallanın isə beynəlxalq axtarışa verilməsi ilə bağlı İNTERPOL-a müraciət olunub./Tribunainfo.az

Xəbər 4112 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

25.06.2025  10:05 

VAHİD AZƏRBAYCANI UNUDUN!

24.06.2025  18:40 

Anadolu incisi - Bitlis


BÜTÜN XƏBƏRLƏR +