Qaçaqmal yolu ilə qızıl keçirən sabiq gömrükçülər azadlıqda...
“Kino var?.. - Olmayan şey haqqında nə danışım?
Əməliyyatdan sonra qızın qulağı çürüdü - Bakıda
Yük avtomobilləri kütləvi şəkildə cərimələnir - Video
Bayram günlərində hava necə olacaq?
Si Cinpin BRİKS sammitində iştirak etməyəcək
Mürsəl İbrahimova da “general-mayor” rütbəsi verildi
Zaur Hüseynov vəzifəsindən azad olunub
Prezident onlara general rütbəsi verdi
Deputat maaşın hamısını evə apara bilmir - Aqil Abbas


03.02.2025  17:47 

QİÇS-lə Mübarizə Mərkəzi tenderi “Dadaş-N“ə verdi





A+  A-

Respublika QİÇS-lə Mübarizə Mərkəzi "Dadaş-N" şirkəti ilə satınalma müqaviləsi imzalayacaq.

Şirkət Mərkəzin qanda insan immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizənin təkmilləşdirilməsi və İİV infeksiyası ilə mübarizə aparmaq məqsədilə birdəfəlik istifadə vasitə və malların satın alınması ilə bağlı keçirdiyi tenderin qalibi seçilib. Bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 424 012,94 manatdır.

"Dadaş-N" şirkəti 2016-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 500 manatdır. Şirkətin hüquqi ünvanı Ağdam rayonu Ağdam şəhəri, 20 yanvar küçəsi, Ağdam Sənaye Parkında yerləşir. MMC-nin qanuni təmsilçisi Dadaşov Nəsimi Cəfər oğludur.

"Dadaş-N" şirkəti dövlət satınalmalarında fəal iştirak edir. Şirkətin əsas sifarişçilərindən biri də Respublika QİÇS Mərkəzidir. Mərkəz ötən il şirkətlə iki satınalma müqaviləsi bağlayıb. Bu müqavilələr əhalinin riskli qrupları arasında profilaktik xidmətlərin genişləndirilmasi ilə İİV epidemiyasına qarşı cavab tədbirlərinin gücləndirilməsi üçün birdəfəlik istifadə vasitələrinin satın alınması ilə bağlı olub. Müqavilələrin toplam maliyyə dəyəri 407 052,8 manatdır.

"Dadaş-N" şirkəti haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur. Bununla belə, şirkət iri layihələr həyata keçirir. Məsələn, 2022-ci ildə yayılan məlumata görə, şirkət Ağdam Sənaye Parkında 2 hektar ərazidə fabrik inşa edəcək. İnvestisiya dəyəri 9,5 milyon manat olan layihə çərçivəsində il ərzində 1 milyon kvadrat metrdən çox xalça istehsalı, 60 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulur. Bu məlumatda "Dadaş-N" MMC Ağdam Sənaye Parkının rezident şirkəti kimi təqdim edilib.

Fabrikin inşa edilib-edilmədiyi bəlli deyil. Bəlli olan odur ki, "Dadaş-N" şirkətin rəhbəri Nəsimi Dadaşov bununla bağlı inzibati məsuliyyətə cəlb edilib. Səbəb isə Nəsimi Dadaşovun Azərbaycanda iş icazəsi olmayan İran vətəndaşı Nikrouz Forouzandehi fabrikin memarı və layihə rəhbəri kimi çalışdırması olub.

Dövlət Miqrasiya Xidmətinin Yevlax Regional Miqrasiya İdarəsi Nəsimi Dadaşov barəsində İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsi ilə protokol tərtib edilib. Məhkəmənin qərarı ilə iş adamı 15 000 manat məbləğində cərimə edilib.

Nəsimi Dadaşov həm də "Barama-N", "Sasar İstehsal Malları" və "Nəsimi 1965" şirkətlərinin qanuni təmsilçisidir. Bu şirkətlərin adına vergi sistemində rast gəlinmir./Qaynarinfo

Xəbər 5132 dəfə oxunub.




24.06.2025  18:40 

Anadolu incisi - Bitlis

24.06.2025  12:19 

Məktəbli formaları dəyişəcək?

24.06.2025  11:42 

İsrail hava məkanını açdı


BÜTÜN XƏBƏRLƏR +