Altı rayona prokurorlar təyin edilib
PA-nın bu işçiləri də diplomatik pasport əldə edəcək
Rusiyaya yeni giriş qaydaları qüvvəyə minir
Rusiya İranın bu hərəkətindən narahatdır
Qaçaqmal yolu ilə qızıl keçirən sabiq gömrükçülər azadlıqda...
“Kino var?.. - Olmayan şey haqqında nə danışım?
Əməliyyatdan sonra qızın qulağı çürüdü - Bakıda
Yük avtomobilləri kütləvi şəkildə cərimələnir - Video
Bayram günlərində hava necə olacaq?
Si Cinpin BRİKS sammitində iştirak etməyəcək


29.05.2024  11:55 

Erməni diasporunun Fransa hakimiyyətinə təzyiqi böyükdür -VİDEO





A+  A-

“Diasporla müsahibə”nin Romada qonağı Fransada fəaliyyət göstərən “Alim” Elmi Assosiasiyasının rəhbəri, iqtisad elmləri doktoru, Versal və ADA universitetlərinin müəllimi Günel Səfərova olub.

Xəzərnews.az xəbər verir ki, G.Səfərova müsahibəsində təhsil və elmi karyerasından danışıb, Amerika və Fransa universitetlərindəki pedoqoji fəaliyyətindən bəhs edib.

G.Səfərova Azərbaycan diasporunun Fransadakı fəaliyyətindən də danışıb:

“Azərbaycanla bağlı təbliğatımız davam edir. İlk növbədə yaşadığın cəmiyyətə inteqrasiya olunmağı bacarmalısan, sonra o cəmiyyətə nə isə verməlisən ki, tələb də edə biləsən. Ən başlıcası isə yaşadığın ölkənin dilini mükəmməl bilməlisən”.

Müsahibimiz bildirib ki, son vaxtlar Fransa ilə Azərbaycan arasında yaşanan soyuqluq siyasi çevrələrdən o tərəfə keçmir:

“Mən belə hesab edirəm ki, Fransa xalqı Fransa hakimiyyəti kimi düşünmür. Və hesab etmirəm ki, Fransada yaşayan azərbaycanlılar hər hansı bir təzyiqlə qarşılaşır. Biz buna təsadüf etməmişik”.

G.Səfərova onu da qeyd edib ki, erməni diasporunun mövcud Fransa hakimiyyətinə təzyiqi böyükdür.



Xəbər 8034 dəfə oxunub.





25.06.2025  10:05 

VAHİD AZƏRBAYCANI UNUDUN!

24.06.2025  18:40 

Anadolu incisi - Bitlis


BÜTÜN XƏBƏRLƏR +