Xərçənglə təkbaşına mübarizə: İcbari Tibbi Sığortanın onkoloji xəstələrə verdiyi tək şey ÜMİDDİR
“TikTok”da tanış olduğu qadının uşaqlarına dəhşətli işgəncələr verdi
İcra hakimiyyətinin sahibsiz telefonları, günü-gündən böyüyən problem - Nərimanovdan ŞİKAYƏT
Putin “Oreshnik“in Rusiyada istehsalından danışdı
Yevlaxda toyda söyüş söyən qonağı pilləkəndən atdılar
Rövnəq Abdullayev iş kabinetindən narazıdır?
Qarpız və yemişi rahat yeyə bilərsiniz
“Markov Azərbaycan agentidir“ - Zatulindən ŞOK AÇIQLAMALAR
Polis məşhur müğənnini Nardaran pirinə buraxmadı
Xəlilovlar Putini seçdi


28.02.2024  08:17 

“Karantin rejiminin uzadılması tamamilə məntiqsizdir”





A+  A-

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, Azərbaycanda son 1 ay ərzində (31.12.2023-31.01.2024) koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.

Həmin müddətdə infeksiyaya 325 yeni yoluxma faktı qeydə alınıb. COVID-19-a yoluxan 217 nəfər sağalıb. Ay ərzində analiz cavabı müsbət çıxan 21 nəfər ölüb.

İndiyədək ölkədə ümumilikdə 834 630 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 824 089 nəfər müalicə olunaraq sağalıb, hazırda 141 aktiv xəstə var. Bu günə qədər 10 400 nəfər vəfat edib.

Məlumata görə, son bir ay ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 333, bu günə qədər isə ümumilikdə 7 748 050 test icra olunub.

Eyni zamanda ölkədə son bir ayda 281 nəfər vaksinasiya olunub. Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı isə 13 970 733 olub.

Bildirək ki, Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb. Son qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2024-cü il 2 aprel saat 06:00-dək uzadılıb.

Qeyd edək ki, bundan əvvəlki Qərar 2024-cü il 2 yanvar saat 06:00-dək olan dövrü əhatə edib. Ümumiyyyətlə, ölkənin quru sərhədlərinin bağlı olması ictimaiyyət tərəfindən heç də birmənalı qarşlanmır.

Artıq karantin rejiminin müddətinin başa çatmasına az bir müddət qalıb və qarşıdan yay turizm mövsümünün də gəldiyini nəzərə alsaq quru sərhədlərinin açılması mümkündürmü?

İqtisadçı-ekspert Natiq Cəfərli “Cebhe.info”-ya bildirib ki, əslində quru sərhədləri açılmalıdır:

“Karantin rejiminin uzadılması tamamilə məntiqsizdir. Bu, turizmə, ölkə iqtisadiyyatına, sərhədyanı ticarətə böyük ziyan vurur. Ölkədə son illər makroiqtisadi göstəricilərin pisləşməsinin səbəblərindən biri də quru sərhədlərinin bağlı olmasıdır.

Ümid edirəm ki, bu mənasız qərar birdəfəlik ləğv olunacaq. Azərbaycanda da nəhayət ki, bütün dünya ölkələrində olduğu kimi məhdudiyyətlərin aradan qalxmasının şahidi olacağıq”.



Xəbər 2525 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

01.08.2025  15:57 

Xəlilovlar Putini seçdi

01.08.2025  13:47 

Kredit kartlarına LİMİT QOYULDU

01.08.2025  11:25 

Məşhur karaoke klubu bağlandı


BÜTÜN XƏBƏRLƏR +